17.06.2010

İyunun 17-də Təhsil Nazirliyində Dünya Bankının nümayəndəsi Lire Ersadonun “Azərbaycan: təhsilə çıxış və təhsilin keyfiyyəti” mövzusunda təqdimatı dinlənilib.

Misir Mərdanov tədbiri açaraq son illər Təhsil Nazirliyi ilə Dünya Bankı arasında qurulan əməkdaşlıq və həyata keçirilən təhsil islahatlarından danışıb.

Ətraflı
16.06.2010

Bu gün Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib.

Bakı şəhəri üzrə 73 imtahan mərkəzində 24933, Sumqayıt şəhəri üzrə 11 imtahan mərkəzində 4083 şagird imtahan verib.

 
 

Ətraflı
12.06.2010

İyunun 12-də Təhsil Nazirliyində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (VMA) təşkilatçılığı ilə valideyn-müəllim assosiasiyalarının rəhbərləri və valideynlərlə görüş keçirilib.

Təhsil naziri məktəbin fəaliyyətinin və burada müxtəlif səviyyəli tədbirlərin təşkilində valideynlərin iştirakının əhəmiyyətini nəzərə çatdırıb.

Ətraflı
11.06.2010

IX SİNİFLƏR ÜZRƏ BURAXILIŞ İMTAHANLARININ VAXTI DƏYİŞDİRİLDİ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yeri dəyişdirilib. Bununla əlaqədar Bakı və Sumqayıt şəhərlərinin və həmin ərazilərdə məskunlaşmış köçkün məktəblərinin IX sinifləri üzrə buraxılış imtahanları 14 iyun 2010-cu il tarixindən 18 iyun 2010-cu il tarixinə keçirilib. 

10.06.2010

İyunun 10-da təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov son illər Azərbaycanla Koreya arasında əlaqələrin inkişafından və təhsil sahəsi üzrə əməkdaşlığın istiqamətlərindən söz açıb.

Ətraflı
09.06.2010

İyunun 9-da Cənc Tamaşaçılar Teatrında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) yaradılmasının 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı bu gün özünün 90 illik yubileyini dünyaya inteqrasiya şəraitində, ölkədə aparılan uğurlu təhsil strategiyasına hər zaman yardım və dəstək, Təhsil Nazirliyi ilə işgüzar tərəfdaşlıq və səmərəli əməkdaşlıq mühitində fəaliyyət göstərməklə qeyd edir.

08.06.2010

İyunun 8-də Təhsil Nazirliyində “Qlobal minillik prizi” beynəlxalq inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə qeyd olunub ki, “Qlobal minillik prizi” beynəlxalq müsabiqəsinin 10 nəfər qalibindən 4-ü Azərbaycandandır.

Ətraflı