14.02.2011

Fevralın 14-də Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu ilə görüş keçirilib.

Ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncama əsasən, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin artıq dördüncü ildir ki, keçirildiyini vurğulayan nazir maddi stimullaşdırma ilə müşayiət olunan bu müsabiqələrin Azərbaycan dövlətinin təhsilə, təhsil işçilərinə müntəzəm diqqət və qayğısının əyani nümunəsi kimi səciyyələndirib.

Ətraflı
14.02.2011

Fevralın 12-də Təhsil Nazirliyində “Məktəbəqədər və ibtidai təhsil” jurnalının 40 illik yubleyinə həsr olunmuş tədbir keçirilib.

Təhsil naziri bildirib ki, Azərbaycanda ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən təhsil islahatlarının mahiyyətinin ictimaiyyətə düzgün çatdırılmasında kütləvi informasiya vasitələrinin, müvafiq məcmuələrin, jurnalların çox böyük rolu var.

Ətraflı
11.02.2011

Fevralın 11-də Bakıdakı 132-134 nömrəli təhsil kompleksində “Təhsilin əsasları” fənnini tədris edən ali məktəb müəllimləri üçün təşkil olunmuş kursun yekunlarına dair tədbir keçirilib.

“Təhsilin əsasları” fənninin pilot layihə kimi 3 ali məktəbdə tədris olunmasının əhəmiyyətinə toxunan təhsil naziri Misir Mərdanov bu işin uğurla davam etdirildiyini bildirib.

Ətraflı
10.02.2011

Fevralın 10-da Respublika Olimpiya Mərkəzində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş atletika yarışının açılış mərasimi olub.

Mübariz İbrahimovun öz şücaəti ilə Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun daha da güclənməsinə müstəsna təsir göstərdiyini söyləyən təhsil naziri, Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş atletika yarışının keçirilməsini yüksək dəyərləndirib.

Ətraflı
10.02.2011

Prezident İlham Əliyev fevralın 9-da Qazax rayonunun Birinci Şıxlı kəndində yeni məktəb binasının açılışında iştirak etmişdir.

Müasir görünüşü ilə diqqəti cəlb edən 640 şagird yerlik məktəbdə təlim-tədrisin uğurla və keyfiyyətlə aparılması üçün bütün şərait yaradılmışdır.

Ətraflı
08.02.2011

Fevralın 8-də “Hyatt Recency” otelində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin yekun konfransı keçirilib.

"İlk peşə ixtisas təhsilinin mövcud vəziyyəti, problemlər və perspektivlər" mövzusunda təqdimatla çıxış edən təhsil naziri ilk peşə ixtisas təhsili müəssisələrinə şagird qəbulunun vəziyyəti, bu sahənin maliyyələşdirilməsi, peşə təhsili müəssisələrində mövcud olan problemlər haqqında ətraflı məlumat verib.

Ətraflı
07.02.2011

Fevralın 5-də Təhsil Nazirliyində xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqlar üçün “Elektron Təlimləndirən Sistemlər” layihəsi çərçivəsində görülmüş işlərin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Təhsil naziri Misir Mərdanov qeyd edib ki, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə distant təhsilin inkişaf etdirilməsi, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə daha yaxından cəlb olunması məqsədilə “Elektron Təlimləndirən Sistemlər” layihəsi işlənib hazırlanıb.

Ətraflı
07.02.2011

Fevralın 5-də Təhsil Nazirliyində «Səmərəli məktəb layihəsi»nin təqdimat mərasimi keçirilib.

Təhsil naziri Misir Mərdanov pilot olaraq həyata keçirilən bu layihənin son nəticədə məktəbin davamlı inkişaf istiqamətlərinin müəyyən edilməsinə, ölkədə yaxşı məktəb modelinin formalaşmasına təkan verəcəyinə ümid etdiyini bildirib.

Ətraflı
02.02.2011

Fevralın 1-də təhsil naziri Misir Mərdanov Gürcüstan prezidentinin anası, Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru, professor Giuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Misir Mərdanov Azərbaycan və Gürcüstan prezidentlərinin şəxsi münasibətlərinin ölkələrimiz arasındakı hərtərəfli əməkdaşlığa olduqca müsbət təsir göstərdiyini vurğulayıb.

Ətraflı