10.05.2011

Aprelin 19-dan 21-dək Qazaxıstanın Almatı şəhərində “Təhsil mühitində QİÇS-in profilaktikası və sağlam həyat tərzinin formalaşması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Ukrayna, Özbəkistan, Qırğızıstan respublikalarından və Rusiya Federasiyasından nümayəndələr iştirak edib.

Ətraflı
06.05.2011

Mayın 6-da təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizdə səfərdə olan missiyasının üzvləri, təhsil üzrə baş mütəxəssis Meskerem Mulatu, təhsil mütəxəssisi Nino Kutateladze və proqram yardımçısı Səbinə Cəfərova ilə görüşüb.

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində görülən işlərdən söz açan nazir kurikulumun tətbiqi istiqamətində atılmış uğurlu addımlardan danışıb, bu sahədə əldə olunmuş nailiyyətləri və bir sıra məsələləri diqqətə çatdırıb.

Ətraflı
06.05.2011

Mayın 6-da “Gülüstan” sarayında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında təşkil olunmuş inşa yazı müsabiqəsinin nəticələrinə dair mərasim keçirilib.

Hər il təşkil olunan müsabiqəni ölkəmizdə gənc istedadların aşkara çıxarılmasına yönəlmiş genişmiqyaslı tədbirlərin tərkib hissəsi kimi səciyyələndirən nazir, bu baxımdan ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü işlərdən söz açıb.

Ətraflı
05.05.2011

Mayın 5-də Təhsil Nazirliyində IX-XI sinif şagirdləri arasında keçirilmiş fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi olub.

Təhsil naziri Misir Mərdanov istedadlı gənclərin inkişafı ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və onun layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin uğurlarından söz açıb.

Ətraflı
04.05.2011

Mayın 4-də Akademik Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “İstedada diqqət və qayğı gələcəyə yönəlik sərmayədir” adlı müsabiqənin yekunlarına həsr edilmiş konfrans keçirilib.

Ulu öndərin istedadlı uşaqları milli sərvət adlandırdığını, daim istedadların qayğısına qaldığını vurğulayan nazir bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb.

Ətraflı
03.05.2011

Mayın 3-də təhsil naziri Misir Mərdanov Türkiyənin Hacəttəpə Universitetinin rektoru Uğur Erdenerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İki ölkənin təhsil sahəsində çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkən nazir yaradılan əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Ətraflı
02.05.2011

Aprelin 30-da Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında “Ətraf mühiti qoruyaq” mövzusunda məktəblilər arasında təşkil edilmiş Respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Təhsil nazirinin müavini Elmar Qasımov Təhsil Nazirliyi tərəfindən məktəblilərin ekoloji təhsili və tərbiyəsi işinin daha da təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini bildirib.

Ətraflı
29.04.2011

Aprelin 29-da Təhsil Nazirliyində “Şahmat dünyası” multimedia sisteminin təqdimat mərasimi keçirilib.

Misir Mərdanov şahmat sahəsində formalaşmış ənənənin davam etdirilməsi üçün görülən işlərdən biri kimi “Şahmat dünyası” multimedia sisteminin hazırlanmasını yüksək dəyərləndirib, dünya təcrübəsinə əsaslanan bu tədris vəsaitinin sanballı əyani bir vəsait olacağına inamını ifadə edib.

Ətraflı
25.04.2011

Aprelin 24-də akademik Zərifə Əliyeva adına məktəbdə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib.

Müsabiqənin yekun mərhələsində 97 məktəblinin iştirak etmək hüququ qazandığını vurğulayan Misir Mərdanov müsabiqəyə şagirdlərin böyük maraq göstərməsini əlamətdar hal kimi dəyərləndirib, bunun ulu öndərin xatirəsinə hədsiz hörmət və ehtiramın parlaq ifadəsi olduğunu bildirib.

Ətraflı
25.04.2011

Aprelin 23-də “Ləndmark” otelinin “Rotunda” zalında uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin yekun sərgisi və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Texniki yaradıcılıq mərkəzlərində məşğul olan 8-18 yaşlı uşaq və yeniyetmənin iştirak etdiyi müsabiqənin 3 mərhələdə təşkil olunduğunu deyən E.Qasımov I mərhələnin bu ilin fevralında rayon və şəhərlər üzrə, II mərhələnin fevral-mart aylarında 9 zona üzrə 300 məktəblinin iştirakı ilə keçirildiyini bildirib.

Ətraflı