• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası çərçivəsində 2014-cü ildə həyata keçirilmiş tədbirlər

Azərbaycanda fəaliyyət göstərən 42 dövlət uşaq müəssisəsində 9903 şagird təlim-tərbiyə alır. Onlardan 3548 nəfər həmin müəssisələrdə gecələyir.
2013-2014-cü tədris ilində dövlət uşaq müəssisələrini 716 nəfər məzun bitirib. Onlardan 48 nəfər ali məktəblərə, 29 nəfər orta ixtisas, 91 nəfər isə ilk peşə-ixtisas təhsili müəssisələrinə daxil olub.
Uşaqlara və ailələrə dəstək xidmətlərinin yaradılması, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi nəticəsində bu günə qədər ölkə üzrə, ümumilikdə 589, 2014-cü ildə isə 15 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. 2014-cü ildə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 33 nəfər uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.
Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 10 nəfər uşaq (4 nəfər uşağın isə övladlığa götürülməsi ilə bağlı məsələyə hazırda aidiyyəti üzrə rayon məhkəmələrində baxılır) övladlığa verilib.
Təhsil Nazirliyinin investisiya proqramına əsasən, Lənkəran şəhərində oğlanlar üçün Ailə tipli kiçik qrup evinin tikintisinə başlanılıb. Həmçinin, Lənkəran şəhər uşaq evinin ləğv edilməsi və onun bazasında Günərzi qayğı mərkəzinin yaradılması ilə bağlı Nazirlər Kabinetinə müvafiq təklif göndərilib. İndiyə qədər bu istiqamətdə həyata keçirilmiş tədbirlər nəticəsində 12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli və 3 nömrəli Respublika xüsusi internat məktəbləri Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Hazırda Bakı şəhərində yerləşən 3 internat məktəbində əsaslı təmir və tikinti işləri yerinə yetirilir. 4 internat məktəbində isə 2015-ci ildə təmir işlərinə başlanması nəzərdə tutulur.
Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində ilk dəfə olaraq ötən tədris ilindən beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsi məqsədilə qidalanmanın vahid mərkəzdən idarə edilməsinə başlanılıb.
İnternat məktəblərinin avadanlıq, geyim və digər resurslarla təchizatı tələbata uyğun olaraq tam yerinə yetirilir. Məktəblər üçün müasir avtobuslar alınıb. Həmin nəqliyyat vasitələri ilə şagirdlərin Bakı şəhərində, habelə bölgələrdə yerləşən tarixi abidə və muzeylərə, ekskursiyalara aparılması təşkil olunur.
Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə sağlamlıq imkanları məhdud uşaqların təhsili üzrə I-IV siniflər üçün yeni tədris proqramları hazırlanıb, həmin siniflər üzrə yeni nəsil dərsliklər və “Loqopedik albom” çap olunub və pedaqoji heyət üçün kurikulum təlimləri keçirilib.
Ötən tədris ilində rəsm, inşa müsabiqəsində və müxtəlif idman yarışlarında internat məktəblərinin 53 şagirdi I, 32 şagirdi II və 46 şagirdi III yeri tutub.
Son beş ildə uşaq evləri və internat məktəblərindən 3703 nəfər məzun olub. Onlardan 214 nəfər ali təhsil, 152 nəfər orta təhsil, 482 nəfər ilk peşə- ixtisas təhsili müəssisələrinə qəbul olunub. Ali təhsil müəssisələrinə qəbul olan məzunlardan 2 nəfər 600-dən çox, 12 nəfər 500-600 arası və 18 nəfər isə 400-500 arası bal toplayıblar.


8 il əvvəl