• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 15-də “Excelsior” otelində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2009-cu ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda “Sevinciniz uğurumuzdur” adlı sənədli film nümayiş olunub.
“2009-cu ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda geniş məru­zə ilə çıxış edən təhsil naziri Misir Mərdanov uşaqların rifahının daha da yaxşı­laş­dı­rılması ilə bağlı məsələlərin Azərbaycanda daim diqqət mərkəzində saxlanıldığını, ümum­milli liderimiz Heydər Əliyevin uşaqların müdafiəsi sa­­­­hə­si­ndə əsasını qoy­du­ğu ənənələrin Azər­baycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Meh­ri­ban Əliyeva tə­rə­findən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Nazir son il­lər­də ölkə iqti­sa­diy­yatının dinamik inkişafı sayəsində uşaq hüquqlarının qorun­ma­sına yönəlmiş proq­ram­ların, o cümlədən də “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaq­ların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqra­mı”nın uğurla həyata keçirildiyini qeyd edib.
Təhsil Nazirliyinin YUNİCEF-in ekspertləri, Əmək və Əhalinin Sosial Mü­da­fi­əsi Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları ilə birlikdə 55 dövlət uşaq mü­əs­sisəsində keçirdiyi qiymətləndirmə nəticəsində hazırlanan dövlət uşaq müəs­si­sələrinin transformasiyası üzrə Baş Planın cari ilin aprelində hökumət tərəfindən təsdiq edil­diyini söyləyən Misir Mərdanov artıq 9 uşaq müəssisəsinin ümumtəhsil məktəbinə çevrildiyini, hazırda dövlət uşaq müəssisələrindəki 10 054 uşaqdan 3 960 nəfərinin müəssisədə, 6 094 nəfərinin isə ailəsi ilə birgə gecələdiyini bildirib. Nazir deyib ki, öv­lad­larına sərbəst şəkildə qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahı­nın yaxşılaşdırılması məqsədilə yerlərdə həyata keçirilən tədbirlər za­ma­nı Təhsil Na­zir­liyi yerli və beynəlxalq QHT–lərlə sıx əməkdaşlıq edir, sağlam­lıq imkanları məhdud və sosial cəhətdən çətin vəziyyətdə olan ailələrin uşaqlarının ri­fa­hının yaxşı­laş­dı­rıl­ma­sı­na, onların cəmiyyətə inteqrasiyasına, təhsilə cəlb edilmə­si­nə və asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirir. Risk qrupuna daxil olan sağlamlıq imkanları məhdud uşaqlar üçün Bərdə şəhərindəki internat məktəbin, Sa­­­­­­bun­çu rayonundakı 11 nömrəli xüsusi internat məktəbin və Suraxanı rayonu 2 nöm­­­­­­­­­­­­­rə­­li uşaq evinin nəzdində günərzi qayğı, Əzizbəyov rayonundakı valideyn hima­yə­sin­dən məhrum uşaqlar üçün Respublika yardımçı internat məktəbin nəzdində isə re­a­bi­li­tasiya–inkişaf mərkəzlərinin yaradıldığını bildirən təhsil naziri yaxın vaxtlarda Göyçay şəhərində və Qaradağ rayo­nun­da yerləşən internat məktəblərin nəzdində də belə mərkəzlərin açılmasının nəzərdə tu­tul­duğunu söyləyib.
Proqramın icrası ilə əlaqədar qarşıda duran daha ciddi vəzifələr, müvafiq nor­mativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət uşaq müəssisələrindən uşaqların ailə­lə­rə verilməsi, onların hüquqlarının qorunması və sosial müdafiəsinin iş­lək mexa­nizm­lə­rinin tətbiqi, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli pre­ventiv təd­bir­lə­rin həyata keçirilməsi üçün sosial işçilərin hazırlanması, ailələrə veril­miş uşaqların və­ziy­yətinin dövri monitorinqinin aparılması mexanizmlərinin ya­ra­dılması haqqında söz açan nazir birgə səylərlə bütün bu məsələlərin həllini tapaca­ğına əminliyini ifadə edib.
Milli Məclisin sosial siyasət məsələləri daimi komissiyasnın sədri Hadi Rəcəbli, YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, Türkiyə Res­pub­likasının Ankara şəhər sosial xidmətlər müdiri Neriman Koca, YUNİSEF-in beynəlxalq eksperti Devid Larter, Avropa Sosial Şəbəkəsindən siyasət və inkişaf üzrə mütəxəssis Dorota To­ma­lak, YUNİSEF-in Uşaqların müdafiəsi proqramının rəhbəri Munir Məmmədzadə, YUNİSEF-in milli məsləhətçisi Aytəkin Hüseynli, Əmək və Əha­­­­linin Sosial Müdafiəsi Na­zirliyinin şöbə müdiri Natiq Qasımov, Bakı Şəhəri üzrə Baş Səhiyyə İdarəsinin mü­diri Leyla Seyidbəyli, Maliyyə Nazirliyinin şöbə müdi­ri­nin müavini Vüqar Məcidli, Əd­liyyə Nazirliyinin idarə rəisi Faiq Qurbanov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Ka­mal İmamverdiyev, Ailə, Qadın və Uşaq Problemləri üz­­­­­­rə Dövlət Komitəsinin şöbə mü­diri Sənubər Əlizadə və “Hər kəs üçün cəmiyyət–Azər­baycan” proqramının di­rektoru Ramiz Behbudov ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azər­baycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə veril­məsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın əhəmiyyətindən söz açıb, bu sahədə Təhsil Nazirliyinin gördüyü işləri yüksək qiymətləndiriblər. Qeyd olu­nub ki, Dövlət Proqramının icrası ilə əlaqədar bir sıra yerli və beynəlxalq qurumlar, QHT–lərlə ya­radılan səmərəli əməkdaşlıq əlaqələri uğurlu nəticələr verir.
Konfransı Misir Mərdanov yekunlaşdıraraq Dövlət Proqra­mı­nın hə­ya­ta keçi­ril­mə­sində Təhsil Nazirliyi ilə əməkdaşlıq edən müvafiq nazirliklərə, döv­lət qu­­­rum­­larına, yer­li və beynəlxalq qeyri–hökumət təşkilatlarına təşəkkürünü bildirib, fəaliy­yət­lə­rin­d­ə uğur­lar arzulayıb.


8 il əvvəl