• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İbtidai sinif şagirdlərinin valideynləri üçün layihə başa çatmişdir

AzərTAc xəbər verir ki, Azərbaycan Təhsil Şurası (ATŞ) “İbtidai sinif şagirdlərinin valideynləri üçün pedaqoji-psixoloji məsləhət mərkəzinin yaradılması və fəaliyyətinin təşkili” layihəsinin icrasını başa çatdırmışdır.
 Bu münasibətlə ATŞ dekabrın 2-də “Trend” xəbərlər şirkətinin mətbuat mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirmişdir. ATŞ-nın sədri, professor Əjdər Ağayev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən müvafiq layihə və onun nəticələri barədə ətraflı məlumat vermişdir.
Son üç ayda layihə çərçivəsində yaradılmış müvafiq mərkəz Bakının 271, 312 nömrəli ümumtəhsil müəssisələrində və İsmayıllı rayonundakı Talıstan kənd orta məktəbində ibtidai sinif şagirdlərinin valideynləri üçün əhəmiyyətli tədbirlər keçirmişdir.
Layihə çərçivəsində “Uşaqların sağlamlığını qorumağın şərtləri”, “Ailədə uşaqlara iqtisadi, hüquqi, ekoloji tərbiyənin aşılanması yolları” və digər mövzularda seminarlar təşkil olunmuş, geniş müzakirələr aparılmış, valideynlərə uşaqların təhsili ilə bağlı faydalı məsləhətlər verilmişdir. Eyni zamanda, “Uşağınızın dünyasına bələdsinizmi ?“ və “Uşağınız məktəbə hazırlaşırsa...” adlı kitabçalar nəşr edilmişdir.
Konfransda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
AzərTAc
 


8 il əvvəl