• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 6-da Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev, İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənli iştirak edib.
Elektron dərslik portalı barədə məlumat verən Emin Əmrullayev bildirib ki, indiyədək bu resurslardan 5 mindən çox insan istifadə edib. Bunların yarısından çoxu Bakıda yaşayanlardır. İstifadəçilərin 1000 nəfərə yaxını Azərbaycan dili dərsliyinə aid resursdan yararlanıb. Sektor müdiri xatırladıb ki, hələlik Azərbaycan bölməsinin yalnız 6-cı sinif üzrə elektron dərslikləri portala yerləşdirilib. Yaxın zamanda VII sinif üzrə 10, II və III siniflər üzrə isə ayrı-ayrılıqda 5 elektron dərslik portalda yerləşdiriləcək.
2014-2015-ci tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqə barədə məlumat verən Həsən Həsənli prosesin yekunlaşdığını bildirib. Yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 572 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilib. Ümumilikdə, indiyədək proqram çərçivəsində 3183 tələbə xaricə oxumağa göndərilib. Sektor müdiri bildirib ki, gələn il də azərbaycanlı gənclərin xaricdə təhsili “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən həyata keçiriləcək. Lakin 2015-ci ildə Dövlət Proqramı başa çatdığı üçün hazırda Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır.
Təhsil Nazirliyinin müxtəlif istiqamətdə həyata keçirdiyi layihələr barədə məlumat verən Cəsarət Valehov isə bildirib ki, noyabrın 8-də Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirəcək. Yürüşdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı ümumi təhsil məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri, ali məktəblərin SABAH qruplarının və “Gələcəyin müəllimi təqaüdü” alan tələbələri iştirak edəcək. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir.
Cəsarət Valehov Təhsil Nazirliyinin “İctimai təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində həyata keçirilən ikinci layihə müsabiqəsi barədə də məlumat verib. Artıq yekunlaşan müsabiqəyə QHT və ayrı-ayrı təşəbbüs qrupları tərəfindən 100-dən çox layihə təqdim olunub. Qiymətləndirmə komissiyasının qərarına əsasən, onların arasında təhsil sahəsində icrası məqsədəuyğun hesab edilən 21 layihə seçilib.
Digər bir layihə “Gələcək - müəllimin əsəridir” mövzusunda keçirilən telesüjet müsabiqəsidir. Jurnalistlər arasında keçirilən bu müsabiqənin məqsədi kənd məktəblərində işləyən gənc müəllimlərin fəaliyyətini işıqlandırmaq, ictimaiyyət arasında müəllim nüfuzunu yüksəltməyə töhfə verməkdən ibarətdir. Müsabiqəyə həm respublika miqyaslı, həm də regionlardakı telekanallarda nümayiş edilmiş süjetlər təqdim olunub.    Tədbirdə telesüjet müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Konfransda Təhsil Nazirliyinin nümayəndələri jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.


8 il əvvəl