• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 16-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, “Əməkdar Müəllim” və “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adları ilə təltif olunan təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Görüşdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində “Tərəqqi” medalı, “Əməkdar Müəllim” və “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adları ilə təltif olunmuş təhsil işçilərini təbrik edib. Nazir bu sərəncamın ölkə Prezidentinin təhsil sahəsinə olan diqqət və qayğısının bir daha bariz nümunəsi olduğunu bildirib.Mikayıl Cabbarov təhsil sahəsində islahatların uğurla həyata keçirilməsində müəllim peşəsinin ictimai nüfuzunun artırılmasının, onun yüksək maddi və mənəvi motivasiyasının vacib olduğunu vurğulayıb. Bütün dövrlərdə hər bir ölkənin uğurlu gələcəyinin, ayrı-ayrı sahələrdə əldə edilən nailiyyətlərin təhsilin inkişaf səviyyəsi ilə müəyyən olunduğunu söyləyən nazir inkişaf edən ölkəmizdə təhsil sisteminin daim yenilənməsi, dünya  təhsilindəki sürətli tərəqqi proseslərindən faydalanması istiqamətində işlər görüldüyünü nəzərə çatdırıb.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunduğu bir il ərzində təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımların əhəmiyyətini vurğulayan Mikayıl Cabbarov qarşıda duran işlərin həyata keçirilməsində müəllimlərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.                      
Görüşdə müəllimlərdən bir neçəsi çıxış edərək təhsil işçilərinə göstərilən yüksək diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində daha səylə çalışacaqlarını qeyd ediblər.          
 Fəxri adlarla təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.


8 il əvvəl