• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 17-də Təhsil Nazirliyinin Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində 18 nömrəli Bakı Peşə Liseyində “Bərbər” ixtisası üzrə tədris qrupunda təhsil alan şagirdlərin istehsalat təlimindən ixtisas sınaq işlərinin nümayişi təşkil edilib.

Tədbirdə müvafiq mütəxəssislər gələcək bərbərlərin peşə bacarıqlarına yiyələnmə səviyyəsini qiymətləndiriblər. Bu prosesdən sonra təhsilalanlar 4 ay müddətində istehsalat təcrübəsi keçəcəklər. Cari ilin iyununda dövlət buraxılış imtahanından uğurla keçən şagirdlər vahid formalı dövlət sənədi – diplom ala biləcəklər.
Qeyd edək ki, “Bərbər” ixtisası üzrə kadr hazırlığı 18 nömrəli Bakı Peşə Liseyi ilə “Eldar-studio” şirkəti arasında imzalanmış birgə əməkdaşlıq müqaviləsinə əsasən, həmin şirkətin peşəkar mütəxəssislərinin iştirakı ilə aparılır. Təhsilalanlar ən müasir avadanlıqlarla təchiz olunmuş tədris emalatxanasında təcrübi bilik və bacarıqlara yiyələnirlər.


8 il əvvəl