• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov iyunun 20-də ABŞ təhsilli məzunların 2-ci Təhsil Forumunda iştirak etmişdir.

ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Təhsildə İnnovasiyalar Mərkəzi və Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzi tərəfindən təşkil edilmiş və “Azərbaycan təhsil sistemində islahatlar: problemlər və siyasət həlləri” mövzusunda keçirilən tədbirdə Mikayıl Cabbarov çıxış etmişdir. Nazir hazırda ölkədə təhsil sahəsində həyata keçirilən islahatların dövlət orqanlarının, pedaqoji və elmi ictimaiyyətin və ümumiyyətlə cəmiyyətin birgə çalışmasını tələb etdiyini vurğulayaraq, bu baxımdan xaricdə, dünyanın ən yaxşı ali təhsil müəssisələrində təhsil alaraq, Vətənə qayıtmış məzunların bilik və bacarığından istifadənin əhəmiyyətini qeyd etmişdir.
Təhsilin inkişafına ayrılan vəsaitlərin ölkə və cəmiyyətin xoşbəxt gələcəyinə qoyulmuş ən yaxşı sərmayə kimi dəyərləndirən nazir, Azərbaycanın hazırda böyük sürətlə inkişaf etdiyini və bu inkişafın dəstəklənməsində, onun dönməzliyinin təmin edilməsində təhsilin rolunun əvəzedilməz olduğunu bildirmişdir. Mikayıl Cabbarov, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulmuş “Qara qızılın insan kapitalına çevrilməsi” strategiyasının həyata keçirilməsi üçün təhsil sisteminin yeni səviyyəyə qaldırılması, onun keyfiyyət və effektivliyinin artırılmasında inkişaf etmiş ölkələrin bu sahədə olan ən yaxşı təcrübələrindən istifadənin zəruriliyi barədə danışmışdır.
Sonda Mikayıl Cabbarov forum iştirakçılarına işlərində uğurlar arzulamış və bu tədbirin ölkəmiz üçün həyati əhəmiyyət daşıyan təhsil sahəsinin inkişafına dəyərli töhfə verəcəyinə inamını ifadə etmişdir.


8 il əvvəl