• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 28-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq Qax Peşə Liseyi, Zaqatala Peşə Məktəbi, Ağdam Peşə Məktəbi və Gəncə 1 nömrəli Peşə Liseyinin akkreditasiyasının nəticələrinin müzakirə olunacağını bildirib.
Qax Peşə Liseyində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Şərif Hacıyev təqdimat-məruzəsində bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini bildirib. Ş.Hacıyev Qax Peşə Liseyində müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması, liseyin şagird kontingenti, məzunların işlə təminatı, akkreditasiya zamanı keçirilmiş sorğunun nəticələri və digər bu kimi məsələlərdən söz açıb.
Zaqatala Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri Şahin Bəylərov təqdimat-məruzəsində qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb. Ş.Bəylərov Zaqatala Peşə Məktəbinin fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığının keyfiyyəti, mühəndis-pedaqoji heyəti, maddi-texniki bazası haqqında danışıb, habelə liseyin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd edib.
Ağdam Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri Vidadi Quliyev təqdimat-məruzəsində liseyin fəaliyyəti, maddi-texniki bazası, tədrisin təşkili, ümumilikdə akkreditasiyanın nəticələri barədə məlumat verib. V.Quliyev Ağdam Peşə Məktəbində çalışan mühəndis-pedaqoji heyət, məzunların ixtisasları üzrə işlə təmin olunması vəziyyəti və digər göstəricilərindən söz açıb.
Gəncə 1 nömrəli Peşə Liseyində aparılmış araşdırmaya dair geniş məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Sahib Rüstəmov akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə mövcud vəziyyət, liseyin məzunlarının son 5 ildə işlə təminatı və digər məsələlərdən danışıb. S.Rüstəmov təhsil müəssisəsinin maddi-texniki bazasının zəif olması, istehsalat təcrübəsinin müəyyənləşdirilmiş meyarlara uyğun təşkil edilməməsi və digər bu kimi çatışmazlıqlara görə Gəncə 1 nömrəli Peşə Liseyinin müvafiq ixtisaslarının akkreditə olunmadığını nəzərə çatdırıb.
Sonra qeyd olunan peşə təhsili müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər səsləndirilib.
Təhsil naziri Misir Mərdanov peşə təhsili müəssisələrində aparılmış akkreditasiyanın nəticələri ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib.
İclasda Qax Peşə Liseyi, Zaqatala Peşə Məktəbi, Ağdam Peşə Məktəbinin fəaliyyətinin “kafi” qiymətləndirilərək müvafiq ixtisaslarının akkreditə olunması, Gəncə 1 nömrəli Peşə Liseyinin fəaliyyətinin “qeyri-kafi” qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunmaması barədə qərar qəbul edilib.


8 il əvvəl