• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 9-da Təhsil Nazirliyində “Beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin vəziyyəti və yaxşılaşdırılması istiqamətləri” mövzusunda Təhsil Problemləri İnstitunun əməkdaşları tərəfindən aparılan tədqiqatların müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitunun nümayəndələri, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları və digər şəxslər iştirak ediblər.
Tədbirdə məruzə ilə cıxış edən Təhsil Problemləri İnstitunun Məktəbəqədər təhsilin kurikulumu şöbəsinin müdiri Laləzar Cəfərova mövzu üzrə aparılmış araşdırmaların nəticələrini nəzərə çatdırıb. L.Cəfərova beşyaşlıların təhsilə hazırlanmasının təmin olunması üçün məktəblərin müvafiq ləvazimatlar, əyani vəsait və didaktik materiallarla təchiz olunma vəziyyəti barədə məlumat verib. Qısamüddətli təlim qruplarında beşyaşlıların məktəbə hazırlanması məsələsinə toxunan L.Cəfərova məktəbəqədər təhsil müəssisələri ilə məktəb arasında varisliyin gözlənilmə səviyyəsindən söz açıb. Şöbə müdiri aparılan tədqiqatların nəticələrini, müvafiq statistik məlumatları və  bunlarla əlaqədar bir sıra təkliflərini nəzərə çatdırıb.
Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək respublikamızda məktəbəqədər təhsilin real vəziyyəti, əsas problemlər və bu sahə ilə bağlı həlli vacib olan məsələlər haqqında danışıb. Nazir məktəbəqədər təhsil müəssisələrində, eləcə də ailələrdə uşaqlarla aparılan təlim-tərbiyə işlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Məhz məktəbəqədər yaş dövrünün uşağın psixi inkişafı və şəxsiyyətinin formalaşmasında əhəmiyyətli rol oynadığına diqqət çəkən Misir Mərdanov bu səbəbdən də dünyanın əksər ölkələrində məktəbəqədər təhsil müəssisələrinin inkişafına xüsusi diqqət yetirildiyini söyləyib. Təhsil naziri məktəbəqədər təhsillə bağlı bir sıra qabaqcıl ölkələrin təcrübəsindən söz açıb və bu təcrübədən yararlanmağın zəruriliyini bildirib.
Sonra mövzu ilə bağlı bir sıra çıxışlar dinlənilib, müvafiq təkliflər irəli sürülüb.


8 il əvvəl