• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2012-ci ildə Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 15463 müraciət daxil olub.

Müraciətlərin 14678-i sorğu, 785-i isə şikayət xarakterlidir.
Ötən il “Qaynar xətt” xidmətinə yanvarda 1441, fevralda 1629, martda 1629, apreldə 1265, mayda 1055, iyunda 1073, iyulda 2385, avqustda 1196, sentyabrda 1441, oktyabrda 974, noyabrda 613, dekabrda isə 762 müraciət edilib.
“Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin təhlili göstərir ki, təhsil sahəsində həyata keçirilən islahatlarla geniş ictimaiyyət yaxından maraqlanır. Belə ki, bütün sorğuların təxminən 70 faizindən çoxu ümumi təhsil məktəblərində müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş imtahanların təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar olub. Digər sorğularda hazırda təhsil sistemində həyata keçirilən proqramlar, beynəlxalq layihələr, ölkə və beynəlxalq fənn olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumi təhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili müəssisələrində yeni qiymətləndirmə sistemi ilə bağlı sorğular üstünlük təşkil edib. Digər sorğular isə təhsil sənədlərinin alınması, nostrifikasiyası, məktəblilərin fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi ilə əlaqədardır.
Bir sıra sorğularda bütün pillələr üzrə təhsilin təşkili və idarəedilməsi, xaricdə təhsil, müəllimlərin dərs yükü, əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması və tanınması, məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələri ilə əlaqədar məsələlər öz əksini tapıb.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün sorğular cavablandırılıb. Şikayət xarakterli müraciətlər isə nazirliyin müvafiq şöbələri və aidiyyəti struktur bölmələri tərəfindən araşdırılıb.
2012-ci ildə “Qaynar xətt” xidmətinə daxil olan 785 şikayət məzmunlu müraciət ümumi, texniki peşə, orta ixtisas, ali və məktəbdənkənar təhsil müəssisələri ilə bağlıdır. Bu qəbildən olan müraciətlərin əksəriyyəti ümumi təhsil müəssisələrindəndir. Belə ki, əsasən Bakı, qismən isə Sumqayıt, Gəncə və Şirvan şəhərlərindən daxil olan şikayət xarakterli müraciətlər çoxluq təşkil edir. Eyni zamanda Abşeron, Goranboy, Xaçmaz, Gədəbəy, Şəki, Qəbələ, Şamaxı, Lerik, Astara, Masallı, Saatlı, Beyləqan, Ağdam, Göygöl, Lənkəran rayonlarından digər rayonlara nisbətən daha çox şikayət daxil olub. Müraciətlərdə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki çatışmazlıqlar, idarəetmədə yol verilən nöqsanlar və digər məsələlər öz əksini tapıb.
Digər müraciətlərdə texniki peşə təhsili müəssisələrində tədris prosesinin təşkili və idarəolunması, şagirdlərin təqaüdlərinin və müəllimlərin əmək haqqının gecikdirilməsi, habelə digər məsələlərdən bəhs olunur.
Ali və orta ixtisas təhsili müəssisələrində 2011-2012-ci tədris ilinin qış və yay imtahan sessiyalarında tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinin təmin edilməsi, yarana biləcək neqativ halların aradan qaldırılması məqsədilə “Qaynar xətt” xidmətinə müraciətlər edilib. Müvafiq məsələlərlə əlaqədar “Qaynar xətt” xidmətinə və Təhsil Nazirliyinin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna 2012-ci ilin yanvar və iyun aylarında daxil olan müraciətlər nazirliyin əməkdaşları tərəfindən, həmçinin bir sıra qeyri-hökumət təşkilatlarının könüllülərinin iştirakı ilə araşdırılıb.
Ali təhsil müəssisələrindən daxil olan şikayət xarakterli müraciətlərdə daha çox məzunların diplom ala bilməməsi, imtahanların təşkili, tələbələrin təqaüdünün gecikdirilməsi, imtahan üçün pul tələb edilməsi, imtahan nəticələrindən narazılıq, diplomun gecikdirilməsi, diplom üçün rüsum tələb olunması, tələbələrin imtahana buraxılmaması, tədrisin düzgün təşkil edilməməsi, tələbənin biliyinin düzgün qiymətləndirilməməsi, imtahan suallarının tələbələrə verilməməsi, tələbələrə tədris ədəbiyyatının satışı, dekanlardan, kafedra müdirlərindən şikayət, tələbə bileti üçün rüsum tələb olunması, kurs işinin düzgün qiymətləndirilməməsi, imtahana buraxılma üçün pul tələb olunması, diplomun düzgün yazılmaması və digər məsələlərdən bəhs olunur.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti xüsusilə qış və yay imtahan sessiyaları dövründə ali təhsil müəssisələrində yaradılmış imtahan qərargahları və "Qaynar xətt" xidmətləri ilə birgə işləyib, aşkarlığı və şəffaflığı təmin etmək üçün imtahanların gedişi prosesinə QHT və KİV nümayəndələri dəvət olunub. İmtahan sessiyalarında həyata keçirilən tədbirlər nəticəsində imtahanlarda əvvəlki illərə nisbətən, şəffaflıq və obyektivlik xeyli artıb, şikayətlərin sayı isə azalıb. Şikayət xarakterli müraciətlərin sayına görə ali təhsil müəssisələri üzrə - Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarından 14, Bakı Dövlət Universitetindən 13, Azərbaycan Dövlət Pedaqoji Universitetindən 9, Sumqayıt Dövlət Universitetindən 9, Azərbaycan Dillər Universitetindən 8, Azərbaycan Dövlət İqtisad Universitetindən 3, Azərbaycan Texnologiya Universitetindən 3, Azərbaycan Dövlət Neft Akademiyasından 2, Gəncə Dövlət Universitetindən 2, Azərbaycan Turizm İnstitutundan 2, Azərbaycan Dövlət Aqrar Universitetindən 2, Bakı Slavyan Universitetindən 2, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən 1, Lənkəran Dövlət Universitetindən 1, Azərbaycan Texniki Universitetindən 1, Azərbaycan Rəssamlıq Akademiyasından 1, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından 1, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetindən 7, Qafqaz Universitetindən 4, Bakı Avrasiya Universitetindən 3, Bakı Asiya Universitetindən 3, Qərb Universitetindən 3, Təfəkkür Universitetindən 3, Bakı Biznes Universitetindən 2, Odlar Yurdu Universitetindən 1, Azərbaycan Kooperasiya Universitetindən 1, Azərbaycan İctimai-Siyasi Universitetindən 1 olmaqla ümumilikdə 102 müraciət daxil olub. Bu isə 2011-ci ildə ali təhsil müəssisələrindən daxil olmuş müraciətlərlə müqayisədə 35 faiz azdır.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə, ali təhsil müəssisələrinin "Qaynar xətt" xidmətlərinə və imtahan qərargahına daxil olan müraciətlərə baxılması nəticəsində AMİ-nin Qazax, Şamaxı, Salyan, Quba, Ağcabədi filiallarının direktorları vəzifələrindən azad edilib, Bakı Dövlət Universitetində 11 nəfər, Azərbaycan Dövlət Pedaqoji Universitetində 3 nəfər, Sumqayıt Dövlət Universitetində 4 nəfər, Azərbaycan Dövlət İqtisad Universitetində 20 nəfərdən çox, Azərbaycan Kooperasiya Universitetində isə 4 nəfər əməkdaşa intizam tənbehi tətbiq olunub.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində nöqsanı aşkar edilən vəzifəli şəxslər tənbeh edilib, vəzifəsindən azad olunub, onlara töhmət verilib, eləcə də digər inzibati cəzalar tətbiq edilib. İşində nöqsan aşkarlanmış təhsil müəssisəsi rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Belə ki, araşdırma aparılan bir sıra ümumi təhsil müəssisələrinin direktorlarına rəhbərlik etdikləri məktəblərdə mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub.
Ötən il “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər və aparılan araşdırmaların nəticələri barədə məlumatlar və xülasələr Təhsil Nazirliyinin internet saytında, “Azərbaycan müəllimi” qəzetində, “Təhsil xəbərləri” məcmuəsində və digər mətbu orqanlarda dərc olunub. Televiziya və radio kanallarında, müxtəlif xəbər portallarında və qəzetlərdə il ərzində "Qaynar xətt" xidmətinin fəaliyyəti ilə əlaqədar çoxsaylı xəbərlər verilib.
 
Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti


8 il əvvəl