• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avqustun 12-də Təhsil Nazirliyində “Təhsilin əsasları” dərs vəsaitinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib

Təhsil Nazirliyi ilə Dünya Bankının həyata keçirdiyi birgə layihəyə uyğun olaraq “Təhsilin əsasları” fənninin ali məktəblərdə tədrisinin nəzərdə tutulduğunu bildirən təhsil naziri Misir Mərdanov ilk mərhələdə bu fənnin pilot layihəsi kimi 3 ali məktəbdə - Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Pedaqoji Universitetində keçiriləcəyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, yerli və xarici məsləhətçilərdən ibarət işçi qrupunun səmərəli fəaliyyəti sayəsində ərsəyə gələn dərs vəsaiti müzakirələrdən sonra daha da təkmilləşdiriləcək, nəşr olunub müəllim və tələbələrə çatdırılacaqdır.
“Təhsilin əsasları” fənnini tədris edəcək müəllimlər üçün 10 günlük treninqlərin keçiriləcəyini söyləyən Misir Mərdanov bu zaman müəllimlərin yeni fənnin məzmununun əsas istiqamətlərini mənimsəməsi, müasir təlim texnologiyalarından istifadə vərdişlərinə yiyələnməsi məsələlərinə xüsusi diqqət yetiriləcəyini vurğulayıb. Təhsil naziri deyib ki, müvafiq ali məktəb rəhbərləri də bu işdə yaxından iştirak etməli, “Təhsilin əsasları” fənninin tədrisinin səmərəli təşkilinə şərait yaratmalıdırlar.
Daha sonra “Təhsilin əsasları” fənninin pedaqoji kadrların hazırlanması prosesindəki rolundan bəhs edən təqdimat məruzəsi dinlənilib. Dərs vəsaitinin həm praktik, həm də nəzəri baxımdan yüksək səviyyəli və peşəkar müəllimlərin hazırlanmasına layiqli töhfələr verəcəyinə inam ifadə olunub, ayrı-ayrı mütəxəssislərin təklif və tövsiyələri ətrafında müzakirələr aparılıb. Qərara alınıb ki, yaxın müddətdə dərs vəsaiti bir daha müzakirə olunsun və irəli sürülən bütün təkliflər mütəxəssislər tərəfindən bir daha dəyərləndirilsin.


8 il əvvəl