• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 20-də “Avropa” otelində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası ilə bağlı təqdimat-məruzə ilə çıxış edib.
Nazir Dövlət Proqramının icrası ilə bağlı hər ilin sonunda ənənəvi olaraq keçirilən hesabat-konfransın əhəmiyyətindən bəhs edib. Azərbaycanda davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri kimi təhsil sahəsinə yetirilən diqqətdən söz açan Misir Mərdanov bildirib ki, hər bir uşağın fərdi qabiliyyətlərini, potensial imkanlarını inkişaf etdirmək üçün ona əlverişli iqtisadi, sosial, mədəni mühit yaradılmalıdır.
Ölkəmizdə təhsilin səviyyəsinin yüksəldilməsi, uşaqların rifahının yaxşılaşması üçün həyata keçirilən tədbirlərə toxunan nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006-cı ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın uşaqların etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyəti olduğunu nəzərə çatdırıb. Təhsil Nazirliyinin Dövlət Proqramının həyata keçirilməsində Maliyyə, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq etdiyini bildirən Misir Mərdanov, həmçinin müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatlarının bu işə yaxından dəstək verdiklərini söyləyib. Təhsil naziri qeyd edib ki, Dövlət Proqramının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın uşaq evləri və internat məktəblərinə göstərdiyi xüsusi qayğı mühüm rol oynayır.
Misir Mərdanov Dövlət Proqramı çərçivəsində “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” və “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” pilot layihələrinin həyata keçirilməsi haqqında məlumat verib. Nazir qeyd edib ki, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF tərəfindən “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” layihəsinin icrası ilə bağlı imzalanmış Anlaşma Memorandumu ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunub. Uşaqların müdafiəsinə dair mövcud qanunvericiliyin ətraflı təhlil olunduğunu söyləyən təhsil naziri “Kiçik qrup evi haqqında Nümunəvi Nizamnamə”nin və “Himayədar (foster) ailə haqqında Nümunəvi Əsasnamə”nin hazırlanaraq təsdiq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edildiyini nəzərə çatdırıb.
Dövlət Proqramının icrası ilə bağlı 2012-ci ildə həyata keçirilmiş tədbirlər, qarşıda duran vəzifələr haqqında fikirlərini bildirən Misir Mərdanov görülmüş işlər nəticəsində bir sıra dövlət uşaq müəssisələrinin transformasiyası istiqamətində atılmış addımları ciddi uğur kimi dəyərləndirib. Dövlət uşaq müəssisələrinin transformasiyası baxımından günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzlərinin üzərinə düşən vəzifələrə toxunan nazir cari ilin ötən dövrü ərzində 589 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alındığını nəzərə çatdırıb. Təhsil naziri qeyd edib ki, uşaqlar verilən himayədar (foster) ailələrə maliyyə dəstəyinin göstərilməsi də de-institutlaşma prosesinin həyata keçirilməsində həlli vacib vəzifələrdəndir.
Misir Mərdanov dövlət uşaq müəssisələrində olan uşaqların sayının artmasının qarşısını almaq məqsədilə risk qrupundan olan uşaqlar və ailələr arasında aparılan sistemli preventiv tədbirlərə diqqət çəkib, bu istiqamətdə müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edildiyini söyləyib. 2012-ci ildə ölkə üzrə 42 dövlət uşaq müəssisəsində 8336 uşağın təlim-tərbiyə aldığını bildirən nazir onlardan yalnız 3671 nəfərinin müəssisələrdə gecələdiyini vurğulayıb. Son illərdə dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların ilbəil azaldığını vurğulayan təhsil naziri onların sayının 2006-cı ildə 21000, 2007-ci ildə 18400, 2008-ci ildə 14389, 2009-cu ildə 10055, 2010-cu ildə 9827, 2011-ci ildə isə 9776 nəfər olduğunu diqqətə çatdırıb.
Dövlət uşaq müəssisələrindən məzun olan uşaqların sonrakı həyatı haqqında fikirlərini söyləyən nazir sağlamlıq imkanları məhdud uşaqların bütün təhsil pillələri üzrə digər uşaqlarla birgə keyfiyyətli təhsillə (inkluziv təhsillə) təmin olunması üçün YUNİSEF-lə birgə həyata keçirilən tədbirlərdən bəhs edib. Ölkəmizdə de-institutlaşma və uşaqların müdafiəsi sahəsində həyata keçirilən islahatların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini nəzərə çatdıran Misir Mərdanov bu sahədə görülən işlərə hər zaman dəstək verən YUNİSEF-ə və digər müvafiq qurumlara təşəkkürünü bildirib.
Konfransda çıxış edən YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, millət vəkilləri Qənirə Paşayeva, Hadı Rəcəbli, Ceyhun Osmanlı, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Türkiyə Böyük Millət Məclisinin təmsilçiləri və digər şəxslər de-institutlaşma prosesi, uşaqlar üçün sosial xidmətlərin təşkili ilə bağlı fikirlərini bildirib, bu istiqamətdə Azərbaycanda həyata keçirilən davamlı tədbirləri yüksək dəyərləndiriblər.
Konfransda dövlət uşaq müəssisələrində olan uşaqlara həsr olunmuş sənədli film nümayiş olunub.
Konfransın sonunda Dövlət Proqramının həyata keçirilməsinə dəstək verən hər kəsə təşəkkürünü bildirən təhsil naziri Misir Mərdanov bununla bağlı qarşıda duran bütün vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.


8 il əvvəl