• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 29-da Təhsil Nazirliyində “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin icrasına dair tədbir keçirilib.

Tədbirdə layihə çərçivəsində yaradılması nəzərdə tutulan alternativ xidmətlərin maliyyələşdirmə mexanizmləri ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, bu layihə “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası istiqamətində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı tərəfindən reallaşdırılır.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bu layihənin “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində həyata keçirildiyini qeyd edib. Nazir bildirib ki, müvafiq Dövlət Proqramı çərçivəsində reallaşdırılan “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsi Təhsil Nazirliyi ilə “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının səmərəli əməkdaşlığı sayəsində uğurlu nəticələr verib. Misir Mərdanov layihə çərçivəsində 10 nəfər uşaq üçün ailə tipli kiçik qrup evinin tikilərək istifadəyə verildiyini, himayədar ailələrə veriləcək 50 nəfər uşağın seçildiyini, Xəzər rayonunda yaradılmış Ailə təlim və məsləhət mərkəzində himayədar ailə olmaq istəyən şəxslərə müvafiq proqramlar üzrə təlimlərin keçirildiyini nəzərə çatdırıb.
“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində görülmüş işlərə toxunan təhsil naziri əldə olunmuş nailiyyətlərdə digər dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. Avropa Birliyi, Avstriya İnkişaf Agentliyi və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində istifadəyə verilmiş kiçik qrup evinin saxlanması xərclərinin layihəyə ayrılmış vəsait hesabına həyata keçirildiyinə diqqət çəkən nazir layihə başa çatdıqdan sonra kiçik qrup evinin saxlanması xərclərinin dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilməsinin nəzərdə tutulduğunu söyləyib.
Mərasimdə iştirak edən Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva, Maliyyə məsələləri üzrə beynəlxalq ekspert Yelena Andreyeva, “Hilfsverk Avstriya Beynəlxalq” təşkilatının maliyyə məsələləri üzrə meneceri Ştefan Fritz və Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov öz çıxışlarında bu layihənin əhəmiyyətinə toxunub, birgə əməkdaşlıq sayəsində əldə olunmuş uğurların davam etdiriləcəyinə əmin olduqlarını bildiriblər.
Maliyyə naziri Samir Şərifov “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin reallaşdırılması istiqamətində görülmüş işləri yüksək dəyərləndirib. Layihənin və kiçik qrup evinin saxlanması xərclərinin dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilməsi barədə fikirlərini bildirən nazir bu məsələnin həlli üçün müvafiq normativ-hüquqi əsasların hazırlanmasının zəruriliyini önə çəkib.
Tədbir iştirakçılarına təşəkkürünü bildirən təhsil naziri Misir Mərdanov “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası istiqamətində həyata keçirilən bu layihənin davam etdirilməsi üçün bundan sonra da qabaqcıl dünya təcrübəsinin əsas götürülməsinin zəruriliyini vurğulayıb.


8 il əvvəl