• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 13-də Təhsil Nazirliyində «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin Təşkilat Komitəsinin yekun iclası keçirilib.

İclası təhsil naziri, «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin Təşkilat Komitəsinin sədri Misir Mərdanov açaraq son 5 ildə hər iki müsabiqənin uğurla keçirildiyini diqqətə çatdırıb. Nazir bu il də «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələri qaliblərinin seçilməsi prosesini obyektivlik və şəffaflıq şəraitində apardıqlarına görə Təşkilat Komitəsinin üzvlərinə təşəkkürünü bildirib.
Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında» 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən keçirilən müsabiqələrin mərhələləri haqqında məlumat verib. Nazir  müsabiqə qaliblərinin topladıqları balların yekununa görə müəyyən olunduğunu qeyd edib, habelə hər iki müsabiqənin ölkə təhsilinin inkişafı prosesinin stimullaşdırılması baxımından əhəmiyyətinə toxunub.
«Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin yekunlarından bəhs edən təhsil naziri müsabiqədə iştirak üçün respublikanın əksər böləgələrini təmsil edən 151 məktəbin müraciət etdiyini söyləyib. Misir Mərdanov əvvəlki illərdə olduğu kimi, bu il də müsabiqə iştirakçıları arasında Bakı məktəblərinin üstünlük təşkil etdiyini vurğulayıb və sənədlərin ekspertizasından sonra 111 məktəbin müsabiqənin II mərhələsinə buraxıldığını nəzərə çatdırıb.
Müsabiqənin hər üç mərhələsinin yekununa görə 47 məktəbin qalib gəldiyini (3 məktəb Naxçıvan MR üzrə seçilir) söyləyən təhsil naziri ilk 10 yeri tutan məktəblərin adlarını sadalayıb. Nazir builki müsabiqəyə Mingəçevir və Naftalan şəhərlərindən, Lənkəran, Ağdam, Balakən, Qobustan, Qubadlı, Daşkəsən, Zəngilan, Yardımlı, Kəlbəcər, Goranboy, Laçın, Lerik, Tərtər, Saatlı, Xocalı, Xocavənd, Şuşa rayonundan məktəblərin qatılmamasından təəssüfləndiyini bildirib.
Daha sonra Misir Mərdanov «Ən yaxşı müəllim» müsabiqəsi üzrə bir sıra məlumatları diqqətə çatdırıb, müsabiqədə iştirak etmək üçün 464 nəfər müəllimin sənəd təqdim etdiyini bildirib. Ekspertizanın nəticələrinə görə, daha çox bal topalayan 231 nəfərin növbəti mərhələdə iştirak etmək hüququ qazandığı haqda məlumat verən nazir müsabiqə iştirakçılarının fənlər üzə tərkibini də açıqlayıb. Təhsil naziri qeyd edib ki, müsabiqənin hər üç mərhələsinin balları əsasında müəllimlərin yekun balı müəyyən edilib və ən yüksək nəticə göstərən 95 nəfər müəllim (5 nəfər müəllim Naxçıvan MR üzrə seçilir)  qalib gəlib.
Sonda «Ən yaxşı ümumtəhsil məktəbi», eləcə də «Ən yaxşı müəllim» müsabiqələrinin qalibləri təltif olunub, məktəb rəhbərlərinə, müəllimlərə sertifikat və vəsiqələr təqdim edilib.


8 il əvvəl