• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində elmi-tədqiqatların müasir səviyyədə aparılması, məqsədli kompleks elmi proqramların həyata keçirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilir.

Məlumat üçün qeyd edək ki, universitetlərdə dövlət büdcəsindən maliyyələşən 4 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, 92-elmi-tədqiqat laboratoriyası və 1 təsərrüfat hesablı elmi-tədqiqat institutu fəaliyyət göstərir. Respublika üzrə elmlər doktorlarının 59,5 faizi (1243 nəfər), fəlsəfə doktorlarının 62,9 faizi (5869 nəfər), AMEA-nın 62 nəfər həqiqi və müxbir üzvü ali təhsil sistemində çalışır.
Nazirlər Kabineti ilə razılaşdırılmış siyahıya əsasən ali təhsil müəssisələri tərəfindən 118 elmi və elmi-praktik konfrans, o cümlədən 87 respublika və 31 beynəlxalq səviyyəli konfrans keçirilib.
2010-cu ildən başlayaraq elmin maliyyələşdirilməsinin yeni mexanizmi tətbiq olunur. Qrant üsuluna əsaslanan bu mexanizmi həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna son 2 ildə hər il dövlət büdcəsindən 6 milyon manatdan artıq vəsait ayrılıb. 2010-cu və 2011-ci illərdə bu Fond tərəfindən elan olunmuş qrant müsabiqələrində Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələri tərəfindən təqdim edilmiş layihələrdən 22-sinə qrant verilib. Bundan əlavə, ali məktəblərdə çalışan alimlər 39 beynəlxalq qrant proqramında uğurla iştirak edirlər.
Son illər ali məktəblərin istehsalat müəssisələri ilə əlaqələri daha da genişlənib, təsərrüfat hesablı müqavilələr əsasında aparılan işlərin sayı və maliyyələşmə həcmi artıb. Ötən il ali məktəblərdə 639 elmi problemi əhatə edən 2411 mövzu üzrə fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılıb, onlardan 1853-ü tamamlanıb.
Ali məktəblərdə çalışan alimlərin müəllifliyi ilə 333 monoqrafiya, 309 dərslik, 620 dərs vəsaiti, 1307 adda proqram və metodik ədəbiyyat nəşr olunub. Xarici jurnallarda alimlərimizin 1850 məqaləsi, beynəlxalq konfransların materiallarında 1114 məruzə tezisi dərc edilib. Ötən il 45 ixtiraya patent, o cümlədən 2 Avrasiya patenti alınıb.
Təhsil Nazirliyi sisteminə daxil olan 27 ali təhsil və elmi tədqiqat müəssisəsində “Təhsil haqqında” Qanuna uyğun olaraq yeni doktoranturalar yaradılıb və 2011-ci ildə həmin doktoranturalara ilk qəbul keçirilib.
Yuxarı sinif şagirdlərinin elmi axtarışlara cəlb edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaş­dı­rılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə  2012-ci il 23-24 fevral tarixlərində ölkəmizdə ilk dəfə olaraq İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsi çərçivəsində “Sabahın alimləri” Respublika Müsabiqəsi keçirilib. Müsabiqənin qalibləri arasından seçilmiş 5 nəfər şagird 2012-ci il 13-18 may tarixlərində ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində keçirilən İntel İSEF sərgisində iştirak edib.


8 il əvvəl