Kurikulum İslahatı alt-kompanenti üzrə yeni icra planına uyğun olaraq 2009-2010-cu dərs ilində I siniflərdə dərs deyəcək müəllimlər müəyyənləşdirilib.
Cari ilin aprelindən etibarən kurikulumun tətbiqi üzrə 30 saatlıq proqram üzrə müəllim hazırlığına başlanılıb, rayon təhsil şöbələrinin müdirləri və məktəb rəhbərləri üçün xüsusi proqram üzrə ayrıca treninqlərin təşkili nəzərdə tutulub.
Bundan əlavə, müasir kurikulumlar üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və treninq-məşğələlərin aparılmasının təmin edilməsi məqsədilə Kurikulum Mərkəzi, Azərbaycan Müəllimlər İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bir qrup əməkdaşından ibarət təlimçi-məşqçilər hazırlanıb.
Standartların reallaşdırılması istiqamətində yaradıcı müəllimlərin peşəkarlığını stimullaşdırmaq məqsədilə “Standartlardan real təlim nəticələrinə doğru” layihə müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Əhalinin kurikulumların tətbiqi sahəsində maarifləndirilməsinə kömək etmək üçün 2009-2010-cu dərs ilini əhatə edən “Kurikulum” adlı təqvim hazırlanıb.
İnternet şəbəkəsində yaradılmış www.kurikulum.az saytı əhalinin bütün təbəqələrinin maarifləndirilməsinə xidmət etməklə yanaşı, həm də istifadəçilər üçün resurs rolunu oynayır. Bundan əlavə, kurikulumların tətbiqi məsələləri ilə əlaqədar metodik vəsaitlərin çap edilərək hər bir ibtidai sinif müəlliminə çatdırılması təmin olunub.
Geniş ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması, kurikulum islahatlarının səmərəliliyinin daha da artırılması məqsədilə 2008-ci iln yanvarından nəşrinə başlanmış “Kurikulum” jurnalı öz fəaliyyətini uğurla davam etdirir.
8 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22