• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 10-da «Hyatt Regency» otelinin «Quba» zalında Bakı şəhəri təhsil işçilərinin konfransı keçirilib.

Öncə konfrans nümayəndələri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.
Konfransda Bakı şəhərinin rayon icra hakimiyyətlərinin nümayəndələri, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, tanınmış alimlər,  paytaxtın ümumi təhsil məktəblərinin, məktəbdənkənar müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva «2011-2012-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr» mövzusunda məruzə-təqdimatla çıxış edib.
Qarşıdan gələn yeni dərs ili münasibətilə konfrans iştirakçılarını təbrik edən BŞTİ-nin müdiri rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə konfrans iştirakçılarına geniş məlumat verib. N.Rzaquliyeva qeyd edib ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində 316 orta, 3 əsas, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə müəssisəsində axşam məktəbi fəaliyyət göstərir. O, həmin məktəblərdə 311695 şagirdin təlim-tərbiyəsi ilə 29870 müəllimin məşğul olduğunu nəzərə çatdırıb.
N.Rzaquliyeva bildirib ki, yeni tədris ilində Bakı şəhərində 5 məktəb binası tikilib, 32 məktəb üçün əlavə korpus inşa olunub, 68 məktəbdə əsaslı təmir işləri aparılıb, 3 məktəbin istilik sistemi təmir edilib, 2 məktəbə qaz xətti çəkilib. Təhsil müəssisələrinə 221 adda 477830 ədəd dərslik, 32 adda 2893 ədəd dərs vəsaiti verildiyini önə çəkən BŞTİ-nin müdiri qeyd edib ki, dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq keçirilən «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim»  müsabiqələrində paytaxtdan 20 məktəb «Ən yaxşı ümumtəhsil məktəbi», 51 müəllim «Ən yaxşı müəllim» adına layiq görülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, həmçinin şagirdlərin fənn olimpiadalarının respublika turunda əldə etdikləri nailiyyətlərdən, beynəlxalq səviyyəli idman yarışlarında qazandıqları uğurlardan, ali məktəblərə qəbul göstəricilərindən söz açıb.
Sonra «Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi, Bakıdakı 141 nömrəli tam orta məktəbin direktoru Fərəh Hüseynova, 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq–Gənclər Şahmat–Dama İdman Məktəbinin məşqçi–müəllimi Fərid Abbasov, 20 nömrəli məktəb-liseyin Valideyn Müəllim Assosiasiyasının prezidenti Gülnarə Aslanova, «Ən yaxşı müəllim» müsabiqəsinin qalibi, 144 nömrəli tam orta məktəbin müəllimi Aksana Səfərova, qəbul imtahanlarında 700 bal toplamış Xeyransa Məmmədova, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək BŞTİ-nin təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib, ümumilikdə ölkə təhsilində qazanılan uğurlardan söz açıblar.
Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov təhsil işçilərini qarşıdan gələn «Bilik günü» münasibətilə təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb.
Nazir ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına, eyni zamanda təhsil işçilərinə göstərilən diqqət və qayğıdan danışaraq respublikada əlverişli təlim mühitinin yaradılması istiqamətində çox mühüm işlərin görüldüyünü bildirib. Təhsilə ayrılan büdcə vəsaitlərinin ilbəil artdığını söyləyən Misir Mərdanov bununla bağlı statistik rəqəmləri diqqətə çatdırıb.
Təhsil naziri ölkəmizdə məktəb infrastrukturunun möhkəmləndirilməsi, maddi–texniki təchizatın gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, respublika üzrə ümumilikdə 50000 şagird yerlik 167 yeni orta məktəb tikilib və 2012-2013-cü dərs ilindən şagirdlərin istifadəsinə veriləcək. 103 məktəbin əsaslı təmir edildiyini vurğulayan Misir Mərdanov, həmçinin 21 məktəb üçün əlavə korpusların inşa edildiyini bildirib.
Çıxışında bir sıra digər həlli vacib məsələlərə toxunan Misir Mərdanov bununla bağlı fikirlərini bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Konfransın sonunda ölkəmizdə təhsil sahəsində görülən işlərdən, qazanılan uğurlardan bəhs edən film nümayiş olunub.


8 il əvvəl