• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 10-da təhsil naziri Misir Mərdanov ümumi təhsil məktəblərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin daha dərindən öyrədilməsi tədbirləri haqqında əmr imzalayıb.

Əmrdə qeyd olunub ki, ulu öndər Heydər Əliyev XX əsrdə Azərbaycanın inkişafı yolunda ən böyük xidmətlər göstərmiş dahi şəxsiyyətdir. Onun ömür yolu Vətənə, doğma xalqa və millətə sonsuz sədaqət və məhəbbətin parlaq rəmzidir.
Azərbaycanın iftixarı, qüdrətli dövlət xadimi və yenilməz siyasətçi Heydər Əliyev özünün möhtəşəm fəaliyyəti ilə dünya azərbaycanlılarının ümummilli lideri səviyyəsinə yüksəlib, Azərbaycan xalqının yaddaşında və qəlbində şöhrəti və nüfuzu sərhəd tanımayan polad iradəli rəhbər olaraq qalıb. Əbədiyaşarlıq zirvəsinə ucalmış ümummilli liderimiz Heydər Əliyev nəsillərə nümunə bir şəxsiyyətdir. Onun mübarizə və qələbələrlə zəngin fəaliyyəti bugünün və gələcəyin insanları, xüsusən də gənclər üçün əsl tərbiyə məktəbidir.
Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, eləcə də Sovetlər Birliyində ali dövlət vəzifəsi daşıdığı illərdə ulu öndərin genişmiqyaslı fəaliyyətinə həsr edilmiş xeyli sayda sənədli filmlər, xronikalar çəkilib. Xüsusilə, ölkəmiz müstəqillik qazandıqdan sonra ayrı-ayrı telekanallar, habelə tanınmış kino xadimləri bu vacib məsələyə daha ciddi diqqət yetirməyə başlayıb, nəticədə ümummilli liderimizin möhtəşəm fəaliyyəti ilə bağlı indiyədək məlum olmayan tarixi məqamları əks etdirən qiymətli sənədli filmlər yaranıb. Belə filmlərin hazırlanmasında və ictimaiyyətə təqdim olunmasında görkəmli kinorejissor Vaqif Mustafayevin əməyi xüsusilə təqdirəlayiqdir.
Əmrdə bildirilir ki, ulu öndər haqqında filmlər mühüm tarixi əhəmiyyətə malikdir və ümumi təhsil müəssisələri şagirdlərinin ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu ilə təkcə Azərbaycanda deyil, eləcə də keçmiş Sovetlər Birliyi hüdudlarında göstərdiyi böyük xidmətlərlə yaxından tanış olmalarında önəmli rol oynaya bilər.
Görkəmli kinorejissor Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevə həsr edilmiş sənədli filmlərinin xüsusi əhəmiyyətli tədris resursu və tərbiyə vasitəsi olaraq ümumi təhsil məktəblərində sistemli şəkildə nümayişi məqsədəmüvafiq hesab edildiyi üçün Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərlərinə 1 həftə müddətinə bu işin təşkili üzrə təklif və tövsiyələr hazırlamaq barədə tapşırıq verilib.
Həmçinin hər il mayın 10-da ümumi təhsil məktəblərində ilk dərslərin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunması, bütün ümumi orta və tam orta ümumi təhsil məktəblərində, lisey və gimnaziyalarda tədris ili ərzində daimi fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın yaradılması, tanınmış alim və mütəxəssislərin iştirakı ilə ulu öndərin Azərbaycan dili, ədəbiyyatı və tarixi, iqtisadiyyat, mədəniyyət, incəsənət, milli-mənəvi dəyərlər barədə irəli sürdüyü müddəaların şərhinə həsr olunmuş tədbirlərin təşkili məsələləri də əmrdə əksini tapıb. Məktəb kitabxanalarında ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitablardan ibarət ayrıca bölmənin yaradılması, bu kitabların məzmunu ilə şagirdlərin tanış olmalarının təmin edilməsi, görkəmli şəxsiyyətlərin ulu öndər haqqında söylədiyi fikirlərin şagirdlərə çatdırılması, şagirdlər arasında “Dahi rəhbər Heydər Əliyev haqqında bildiklərim” mövzusunda təqdimat müsabiqəsinin keçirilməsi və şagirdləri maraqlandıran digər tədbirlərin təşkili əmrdə ayrıca bəndlərlə verilib.


8 il əvvəl