• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avqustun 21-də təhsil naziri Misir Mərdanov Şüvəlandakı 16 nömrəli internat məktəbin bazasında fəaliyyət göstərən yay təlim-istirahət düşərgəsində dincələn istedadlı şagirdlərlə görüşüb.

Görüşdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, nazirliyin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, respublika fənn olimpiadalarının kimya və biologiya fənləri üzrə münsiflər heyətlərinin sədrləri, tanınmış alimlər, professorlar Vaqif Abbasov, Ədalət Fərəcov, Təhsil Nazirliyinin tabeliyindəki bəzi liseylərin direktorları və KİV nümayəndələri iştirak ediblər.
Təhsil naziri Misir Mərdanov şagirdləri salamlayaraq bildirib ki, hazırda onların dincəldikləri yay təlim-istirahət düşərgəsi təhsilə, istedadlı uşaq və gənclərə daim xüsusi diqqət və qayğı göstərən ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş «Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)»nın icrası ilə bağlı Təhsil Nazirliyinin qəbul etdiyi Fəaliyyət Planına əsasən təşkil olunub. Həmin plana uyğun olaraq xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması üçün artıq ikinci ildir ki, bölgələrdə və paytaxtda bir neçə mərhələdə seçim aparıldığını qeyd edən nazir deyib ki, builki seçimlərin son mərhələsinə 600-dən çox şagird qatılsa da, onların arasından ən istedadlı 50 şagird seçilib.
İstedadlı şagirdlərin gələcək uğurlarının izlənilməsinin vacibliyini vurğulayan Misir Mərdanov bildirib ki, onların inkişafı üçün hər cür şərait yaradılmalı, istedadlı uşaqların potensialı ölkənin ümumi inkişafına yönəldilməlidir. Bu baxımdan proqram çərçivəsində 2006-cı ildən bəri görülmüş işlərə toxunan Misir Mərdanov bir sıra rayonlarda 50 məktəbdə liseylərin, lisey siniflərinin yaradıldığını, həmin məktəblərin dövlət vəsaiti hesabına təmir olunaraq avadanlıqlarla təchiz edildiyini diqqətə çatdırıb.
Sonra nəfis şəkildə çap edilmiş «Elementar-riyaziyyatın əlavə fəsilləri və olimpiadalar», «Riyaziyyatdan olimpiada iştirakçıları üçün 200 variant», «Kimyadan olimpiada məsələləri» adlı kitablar şagirdlərə paylanıb. Nazir istedadlı şagirdlərlə səmimi söhbət edib, onların istirahətinin necə keçməsi ilə maraqlanıb. Günlərinin xoş, istirahətlərinin mənalı keçdiyini, gündəlik idmanla məşğul olduqlarını, kitabxanada mütaliə etdiklərini, kompüterlə işlədiklərini, vaxtaşırı gəzintiyə çıxdıqlarını bildirən şagirdlər onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını söyləyiblər.
Daha sonra təhsil naziri istedadlı şagirdlərin nə kimi problemlərinin, hansı arzu və istəklərinin olması ilə maraqlanıb, onları düşündürən sualları ətraflı cavablandırıb. Düşərgədə yaradılmış nümunəvi şəraitə görə 16 nömrəli internat məktəbin rəhbərliyinə və bu işdə əməyi olan digər şəxslərə təşəkkür edən nazir istedadlı şagirdlərlə xatirə şəkli çəkdirib.


8 il əvvəl