• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 14-də Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası: görülmüş işlər, nəticələr və qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.

Kollegiya iclasında Dövlət Proqramının icrası, nəticələr, proqramın icrasının təkmilləşdirilməsi, mövcud çətinliklərin aradan qaldırılması, növbəti tədris ili üçün prioritet ixtisasların müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunub. İclasda Müxtəlif dövlət qurumlarının rəhbərləri və əməkdaşları, ali məktəblərin rektorları, prorektorları, eləcə də digər qurumların nümayəndələri iştirak ediblər.
İclas iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanın iqtisadiyyatı kimi ölkəmizin elmi və təhsili də geniş inteqrasiya proseslərinə cəlb olunub. Ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurla həyata keçirildiyini söyləyən nazir proqramın əsas məqsədinin rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Dövlət Proqramı çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsinin nəzərdə tutulduğunu vurğulayan nazir bildirib ki, bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilib.
Müvafiq proqram çərçivəsində məzun olmuş 322 nəfərin bir qisminin təhsilini növbəti səviyyələrdə davam etdirdiyini nəzərə çatdıran Misir Mərdanov digərlərinin isə ölkəmizdə müxtəlif dövlət qurumlarında və özəl sektorda uğurla çalışdıqları haqda məlumat verib. Təhsil naziri qeyd edib ki, Azərbaycan gənclərinin Dövlət Proqramı üzrə dünyanın qabaqcıl ölkələrinin nüfuzlu ali məktəblərinə göndərilməsini təmin etmək üçün Almaniya Akademik Mübadilə Xidməti (DAAD) və Fransanın CNOUS təşkilatı ilə imzalanmış ikitərəfli razılaşmalar əsasında uğurlu əməkdaşlıq həyata keçirilir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası haqqında ətraflı məlumat verən təhsil nazirinin müavini Qulu Novruzov təqdimat-məruzəsində xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin seçdikləri prioritet ixtisaslar üzrə statistik göstəriciləri nəzərə çatdırıb. Dövlət Proqramı çərçivəsində ən çox azərbaycanlı tələbələrin təhsil aldığı ölkələrin adlarını sadalayan Q.Novruzov diplomdan sonrakı təhsil pillələri üzrə xaricə göndərilən gənclərin sayının ilbəil artmasını müsbət hal kimi dəyərləndirib. Xaricdə təhsil alan azərbaycanlı gənclərin hər bir ölkədə Azərbaycanı layiqincə təmsil etdiklərini vurğulayan nazir müavini Dövlət Proqramının icrasının səmərəliliyini daha da artırmaq üçün Təhsil Nazirliyi tərəfindən irəli sürülən təklifləri diqqətə çatdırıb və proqramın reallaşdırılmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev xaricdə təhsil alan azərbaycanlı gənclərin elmi biliklərə dərindən yiyələnmələrinin vacibliyindən, onlara göstərilən dövlət qayğısının əhəmiyyətindən söz açıblar. Çıxış edənlər neft kapitalının insan kapitalına çevrilməsi məsələsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul olunduğu Azərbaycanda gəncliyin müasir tələblər səviyyəsində yetişməsi üçün Dövlət Proqramının icrası prosesində bütün müvafiq qurumların təkliflərinin nəzərə alınmasının zəruriliyi qeyd ediblər.


8 il əvvəl