• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 19-dan 21-dək Qazaxıstanın Almatı şəhərində “Təhsil mühitində QİÇS-in profilaktikası və sağlam həyat tərzinin formalaşması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Ukrayna, Özbəkistan, Qırğızıstan respublikalarından və Rusiya Federasiyasından nümayəndələr iştirak edib. Azərbaycan Respublikasını bu konfransda Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin baş məsləhətçisi Elnur Əlizadə, Təhsil Nazirliyində fəaliyyət göstərən BMT-nin QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondunun layihə əlaqələndiricisi Aysel Hacıyeva, Təhsil Problemləri İnstitutunun şöbə müdiri Piralı Əliyev, Bakı şəhəri 248 nömrəli tam orta məktəbin biologiya müəllimi, “Həyati Bacarıqlara Əsaslanan Təhsil” fakültativ kursun dərs vəsaiti həmmüəllifi Gülarə Hüseynova təmsil edib.
Konfransın işi 8 sessiyada 37 məruzə dinləməklə 6 qrupda davam edib.
Konfransda YUNİSEF-in layihə üzrə məsləhətçisi Brayan Dobson “Həyati Bacarıqlara Əsaslanan Təhsil” layihəsinin hazırlanması, tətbiqi, bu sahədə meydana çıxan çətinliklər barədə fikirlərini bildirib və digər ölkələrdə aparılan işlərdən bəhs edib. Azərbaycan, Makedoniya və Moldovanın bu baxımdan qazandıqları təcrübənin əhəmiyyətini vurğulayan B.Dobson, habelə layihənin uğurla həyata keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Məruzəçi əldə olunmuş nailiyyətləri valideynlərin, müəllimlərin, səhiyyə və ictimaiyyət nümayəndələrinin istəyinin sorğu vasitəsi ilə öyrənilməsi, milli xüsusiyyətlərin nəzərə alınması, müvafiq konsepsiyanın hazırlanması, yetərli hüquqi-normativ bazanın olması, müəllimlərin treninqlərə cəlb edilməsi ilə əlaqələndirib.
Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin baş məsləhətçisi Elnur Əlizadə “Azərbaycanda profilaktik təhsilin ümumi vəziyyəti” mövzusunda təqdimat-məruzə edib, bununla bağlı 2008-2010-cu illərdə görülmüş işlər haqqında danışıb.
Konfransda profilaktik proqramın məzmun və formasının yeniyetmə və gənclərin sağlam həyat tərzinin formalaşmasında rolu, təhsil müəssisələrinin bu sahədə lazımi qədər tədris və metodiki vəsaitlərlə təmin olunması, orta ixtisas və ali təhsil müəssisələrində profilaktik təhsilə diqqətin artırılması, müvafiq proqram mövzularının yeni nəslin reproduktiv sağlamlığının qorunması məsələlərini əhatə etməsinə dair müzakirələr aparılıb. Qeyd olunub ki, bu məsələlərin həllinə beynəlxalq təşkilatlar, pedaqoji və səhiyyə işçiləri, valideynlər dəstək göstərməlidir.
Tədbirin keçirildiyi ilk gündə konfransın işinə Azərbaycandan olan nümayəndələrdən Elnur Əlizadə, sonrakı günlərdə isə üçüncü və səkkizinci sessiyaların işinə Piralı Əliyev və Aysel Hacıyeva sədrlik ediblər. Gülarə Hüseynova isə konfransın yekun qətnaməsinin hazırlanması üçün üç nəfərdən ibarət yaradılmış işçi qrupunun tərkibində fəal iştirak edib.


8 il əvvəl