Mayın 6-da təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizdə səfərdə olan missiyasının üzvləri, təhsil üzrə baş mütəxəssis Meskerem Mulatu, təhsil mütəxəssisi Nino Kutateladze və proqram yardımçısı Səbinə Cəfərova ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamladıqdan sonra missiyanın ölkəmizdə olduğu müddətdə Təhsil Nazirliyində keçirdiyi görüşlərin, apardığı müzakirələrin nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə müsbət təsir edəcəyinə inandığını bildirib. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində görülən işlərdən söz açan nazir xüsusilə kurikulumun tətbiqi istiqamətində atılmış uğurlu addımlardan danışıb, bu sahədə əldə olunmuş nailiyyətləri və bir sıra məsələləri diqqətə çatdırıb. Təhsil naziri ibtidai siniflərdə kurikulumun tətbiqinin monitorinqinin keçirildiyini, bununla bağlı maarifləndirmə işlərinin aparıldığını deyib. Bu məqsədlə xüsusi vəsaitlərin, valideynlər üçün tövsiyələrin hazırlanmasının zəruriliyini vurğulayan nazir, eyni zamanda ixtisasartırma təhsili üzrə keyfiyyətin yüksəldilməsinə dair reallaşdırılan tədbirləri də nəzərə çatdırıb.
Misir Mərdanov müəllimlərin işə qəbulu üzrə yeni qaydalarının hazırlanmasının, məktəb kitabxanalarının zənginləşdirilməsinin, təhsil müəssisələrinin akkreditasiyasının aparılmasının və digər həyata keçirilən tədbirlərin TSİİL çərçivəsində görülən işlər kimi əhəmiyyətini qeyd edib, habelə bu layihəyə uyğun olaraq rasionallaşdırma və adambaşına maliyyələşmə sahəsinin də diqqət mərkəzində olduğunu bildirib.
Dünya Bankının təhsil üzrə baş mütəxəssisi Meskerem Mulatu səmimi qəbul və görülən işlər haqqında ətraflı məlumat verdiyi üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. TSİİL çərçivəsində komponent koordinatorları ilə keçirilmiş görüşlər zamanı aparılan fikir mübadiləsi barədə danışan qonaq, eyni zamanda Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi ilə Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin işinin təkmilləşdirilməsi üçün dəstək göstərilməsi, ixtisasartırma təhsili üzrə təlimlərin keçirilməsi məsələlərinə toxunub. Çıxışının sonunda layihənin gedişindən razılığını ifadə edən qonaq TSİİL üzrə digər komponentlərdən də söz açıb.
Sonda təhsil naziri Misir Mərdanov Dünya Bankının nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qarşılıqlı əməkdaşlığın bundan sonra da səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.
8 il əvvəl
Digər xəbərlər
-
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00 -
Tələbələr arasında voleybol üzrə çempionat keçirilib
22.04.2024 - 14:14