• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 4-də Akademik Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “İstedada diqqət və qayğı gələcəyə yönəlik sərmayədir” adlı müsabiqənin yekunlarına həsr edilmiş konfrans keçirilib.

Konfransda təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, millət vəkilləri Məlahət Həsənova, Gülər Əhmədova, Valideyn-Müəllim Assosiasiyasının (VMA) icraçı direktoru Təranə Şərifova, paytaxtın icra hakimiyyətlərinin nümayəndələri və ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilmiş müsabiqə istedadlı şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün əlverişli şərait yaratmaq məqsədilə ədəbi–bədii və kompüter layihələri üzrə məktəb, rayon və şəhər mərhələlərində keçirilib.
Konfransı giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva qeyd edib ki, müsabiqəyə minlərlə şagird qatılıb. Balaca istedadların müsabiqə vasitəsilə həm öz bacarıqlarını nümayiş etdirdiyini, həm də ümummilli liderimiz haqqında dəyərli fikirlər söyləmək imkanı qazandıqlarını bildirən N.Rzaquliyeva ölkə Prezidentinin həyata keçirdiyi gənclər siyasətini, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın hər zaman uşaqlara göstərdiyi diqqəti cəmiyyətimizin gələcəyi naminə atılmış mühüm addımlar kimi səciyyələndirib.
N.Rzaquliyeva Bakı təhsilinə xüsusi qayğı ilə yanaşan təhsil naziri Misir Mərdanova, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevə və müsabiqəyə təqdim edilmiş hər bir işə obyektiv qiymət vermiş münsiflər heyətinin üzvlərinə dərin təşəkkürünü bildirib.
Sonra müsabiqə qalibləri mükafatlandırılıb və şagirdlərin ifasında musiqi nömrələri dinlənilib. Bildirilib ki, birinci yerə layiq görülmüş şagirdlərə il ərzində hər ay 50 manat məbləğində təqaüd təqdim olunacaq.
Təhsil naziri Misir Mərdanov müsabiqədə iştirak etmiş və qalib adını qazanmış şagirdlərə uğurlar arzulayıb, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş belə maraqlı tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Ulu öndərin istedadlı uşaqları milli sərvət adlandırdığını, daim istedadların qayğısına qaldığını vurğulayan nazir bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqlara misilsiz qayğısından söz açan Misir Mərdanov qeyd edib ki, bugünkü istedadları qorumaq hər kəsin borcudur. İstedadlı şagirdlərin aşkar edilməsinin əhəmiyyətinə toxunan təhsil naziri bu baxımdan məktəb rəhbərlərinin üzərinə mühüm vəzifələr düşdüyünü söyləyib.


8 il əvvəl