• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 30-da Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında “Ətraf mühiti qoruyaq” mövzusunda məktəblilər arasında təşkil edilmiş Respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar təhsil sektorunun müdiri Qənirə Sultanova, məktəbdənkənar və orta təhsil müəssisələrinin müəllimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov qonaqları və məktəbliləri salamlayaraq Təhsil Nazirliyi tərəfindən məktəblilərin ekoloji təhsili və tərbiyəsi işinin daha da təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini bildirib. Son illərdə uşaqların ekoloji təhsilinin yaxşılaşdırılması baxımından əldə edilmiş uğurlardan bəhs edən nazir müavini məktəblilərin ekoloji biliklərin tətbiqinə böyük həvəslə yanaşmasını yüksək dəyərləndirib. Elmar Qasımov deyib ki, respublikamızın müxtəlif regionlarından 3 yaş qrupu üzrə 2000-dən artıq məktəblinin qatıldığı müsabiqədə nümayiş etdirilən rəsmlərdə ana yurdumuzun zəngin təbiəti, misilsiz təbii sərvətləri, ekoloji məsələlər və ətraf mühitin qorunması məqsədilə görülən işlər böyük məhəbbətlə əks etdirilib.
Mərasimdə çıxış edən qonaqlar məktəblilərə ekoloji təhsildə yeni-yeni nailiyyətlər arzulayıb, ətraf mühitin qorunması məqsədilə keçirilən aylıqlarda, ekoloji aksiyalarda və digər müvafiq tədbirlərdə daha yaxından iştirak etməyi tövsiyə ediblər.
Tədbirin sonunda müsabiqə qaliblərinə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunub.
Daha sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.


8 il əvvəl