• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 23-də “Ləndmark” otelinin “Rotunda” zalında uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin yekun sərgisi və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, maliyyə nazirinin müavini Azər Bayramov, Könüllü Hərbi Vətənpərvərlik və Texniki İdman Cəmiyyətinin sədri Novruzəli Orucov, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, Səbail rayon icra hakimiyyəti başçısının müavini Xalidə Bayramova iştirak ediblər.
Mərasimi təhsil nazirinin müavini Elmar Qasımov açaraq qonaqları və sərgi iştirakçılarını salamlayıb, keçirilmiş müsabiqə barədə ətraflı məlumat verib. Texniki yaradıcılıq mərkəzlərində məşğul olan 8-18 yaşlı uşaq və yeniyetmənin iştirak etdiyi müsabiqənin 3 mərhələdə təşkil olunduğunu deyən E.Qasımov I mərhələnin bu ilin fevralında rayon və şəhərlər üzrə, II mərhələnin fevral-mart aylarında 9 zona üzrə 300 məktəblinin iştirakı ilə keçirildiyini bildirib. Nazir müavini aviamodel, kosmik raket modeli, avtomodel, gəmi modeli və radiotexnikanın 5 növü üzrə 15 nominasiyada keçirilmiş müsabiqənin respublika mərhələsində ölkənin 45 rayon və şəhərini təmsil edən 185 məktəblidən 45 nəfərin qalib adına layiq görüldüyünü nəzərə çatdırıb. Elmar Qasımov çıxışının sonunda qalibləri təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.
Sonra qaliblərə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunub.
Mükafatlandırma mərasimindən sonra iştirakçılar uşaqların əl işlərindən ibarət sərgidə nümayiş etdirilən eksponatlara baxıblar.


8 il əvvəl