• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Akademik Zərifə Əliyeva adına məktəbdə “Məktəb liderliyinin inkişafı” mövzusunda ikigünlük seminar keçirilib.

Akademik Zərifə Əliyeva adına məktəbdə “Məktəb liderliyinin inkişafı” mövzusunda ikigünlük seminar keçirilib. Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi-Açıq Cəmiyyət İnstitutunun birgə keçirdiyi ikigünlük seminar fevralın 6-dan öz işinə başlayıb.
Tədbirdə bir sıra qabaqcıl məktəblərin direktorları iştirak edib. Seminarı Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə açaraq məktəb liderliyinin inkişafı ilə bağlı öz fikir və mülahizələrini iştirakçılarla bölüşüb, məktəb direktorlarının üzərinə düşən vəzifələrə toxunub. Çıxış üçün söz alan ABŞ-ın Cənubi Konnektikut Universitetinin professoru Ketrin Maqno seminarın keçirilməsinin əsas məqsədindən danışıb. Xanım Ketrin məktəb liderliyinin inkişafından, bu sahədə dünya təcrübəsindən söz açıb.
Seminarda liderlik nədir, liderlik və idarəetmə, liderliyin növü, liderlik və dəyişiklik, eləcə də digər məsələlər mövzusunda iştirakçılar tərəfindən geniş müzakirələr və fikir mübadiləsi aparılıb.
Sonra T.İsmayılov adına “İntellekt” məktəb-liseyin direktoru Ceyran Kuliyeva, Sumqayıt şəhərindəki 11 saylı məktəbin direktoru Ofeliya Babayeva və Bakıdakı 220 saylı məktəbin direktoru Almaz Ələsgərovanın rəhbərlik etdikləri təhsil müəssisələrində gördükləri işlərə həsr olunan təqdimatlar keçirilib.
Təqdimatlardan sonra seminar iştirakçıları tərəfindən liderlik yanaşmaları mövzusunda müzakirələr davam etdirilib.
Seminarın birinci iş günü iştirakçılara özünü qiymətləndirmənin təhlili mövzusunda tapşırıqlar verilib.
Fevralın 7-də seminar öz işini davam etdirib. Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov belə bir mövzuda keçirilən seminarın aktuallığına toxunub və məktəb direktorları üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Təhsil naziri “Məktəb liderliyinin inkişafı” mövzusunda geniş məruzə-təqdimatla çıxış edib. Cəmiyyətin inkişafında təhsilin rolundan söz açan nazir seminar iştirakçılarına ilk öncə son illər bu sahədə ölkəmizdə görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilə xüsusi diqqət və qayğı göstərildiyini bildirən nazir təhsilə ayrılan büdcə vəsaitinin, onun inkişafına yönəlmiş xərclərin ilbəil artığını qeyd edib. Təhsilin maliyyələşdirilməsinin inkişaf dinamikasını əks etdirən cədvəllər, statistik rəqəmlər iştirakçıların diqqətinə çatdırılıb.
Ölkədə təhsillə bağlı 14 inkişafyönümlü Dövlət Proqramının həyata keçirildiyini söyləyən nazir bununla bağlı görülən işlər, həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər, perspektivlər haqqında ətraflı məlumat verib, təhsilin son illər uğurla inkişaf etdiyini, onun məzmununun getdikcə yeniləşdiyini, keyfiyyət göstəricilərinin artması istiqamətində mühüm addımlar atıldığını bildirib. Nazir çıxışında ölkəmizdə geniş vüsət tapmış məktəb tikintisindən və onların müasir avadınlaqlarla təchiz edilməsindən danışıb, İKT ilə təminatı vəziyyətinə toxunaraq bu istiqamətdə görülən işlərdən söz açıb.
 Təhsil naziri daha sonra orta ümumtəhsil məktəbləri üçün çap olunan dərsliklərdən, əlavə tədris materiallarından, 2008-2009-cu dərs ilindən etibarən I siniflərdə yeni kurrikulumlarla tədrisə başlanılmasından, şagird nailiyyətlərinin qiymətləndirilməsinin müasir tələblərə cavab verən yeni mexanizminin yaradılmasından, bu sahədə tətbiq edilən yeniliklərdən və digər məsələlərdən ətraflı danışıb.
Təhsil müəssisələrində əlverişli mühitin yarandığını qeyd edən nazir təhsil işçilərinin üzərinə düşən vəzifələrə toxunub, təhsilin keyfiyyətinə təsir edən amilləri diqqətə çatdırıb. Təhsil müəssisələrinə rəhbərlik edənlərin öz işlərinə daha məsuliyyətlə yanaşmalarının, yüksək idarəçilik və hərtərəfli dünyagörüşünə malik olmalarının vacibliyinə toxunan nazir bununla bağlı seminar iştirakçılarına bir sıra tövsiyələr verib.
Məruzə-təqdimat başa çatdıqdan sonra nazir Misir Mərdanov seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.


8 il əvvəl