• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 1-də Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi Bakıda Fransız məktəbinin tikintisi ilə əlaqədar Heydər Əliyev Fondunda niyyət bəyannaməsi imzalayıblar.

Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.
Azərbaycanda müvəqqəti və daimi yaşayan fransız dilli əcnəbilərin və vətəndaşlarımızın  fransız dilində təhsil almasına imkan  verən məktəbin yaradılmasının Azərbaycan və Fransanın  maraqlarına cavab verdiyini bildirən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva həyata keçiriləcək layihənin əhəmiyyətindən danışaraq deyib ki, bu məktəb Azərbaycanda təhsil sahəsindəki inkişaf prosesinə öz müsbət təsirini göstərəcək. Azərbaycan-Fransa münasibətlərini yüksək qiymətləndirən Mehriban Əliyeva ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin qurulduğunu vurğulayaraq bu layihəni inkişaf edən əməkdaşlığın növbəti uğuru kimi dəyərləndirib.
Hər bir dövlətin sərvəti onun insan faktorudur, deyən Mehriban Əliyeva bildirib ki, dövlətimizin gələcəyi bu gün təhsil alan uşaqlardan asılıdır. Ona görə də ölkəmizdə prioritet sahə olan təhsilin inkişafı və gənc nəslin biliklərə mükəmməl yiyələnməsi üçün bütün gərəkli addımlar atılır.
Mərasimdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Qabriel Keller, belə bir tədbiri təşkil etdiyinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz təşəkkürünü bildirib. Səfir əlavə edib ki, bu əlamətdar gün Azərbaycan-Fransa münasibətləri üçün çox əhəmiyyətlidir.
Azərbaycanda təhsil sahəsində görülən irimiqyaslı işlərdən danışan təhsil naziri Misir Mərdanov Heydər Əliyev Fondunun təhsilin inkişafı sahəsində gördüyü işləri, həyata keçirdiyi layihələri xüsusi vurğulayıb. Bildirib ki, müxtəlif sahələrdə böyük uğurlara imza atan Fond ən geniş layihələrini təhsildə reallaşdırıb. İndiyədək Fondun təşəbbüsü ilə 300-dən çox müasir təhsil müəssisəsi tikilərək istifadəyə verilib.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev isə ölkəmizdə əlverişli investisiya mühitinin mövcud olduğunu və xarici investorların Azərbaycana marağının getdikcə artdığını vurğulayaraq deyib ki, belə bir tədris müəssisəsinin tikilib istifadəyə verilməsi ölkəmizə neft-qaz sahəsində çalışmaq üçün gələn fransız dilli vətəndaşların övladları üçün gözəl töhfədir.
Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fransanın Azərbaycandakı səfiri Qabriel Keller,  Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov Bakıda Fransız məktəbinin tikintisinə dair niyyət bəyannaməsini imzalayıblar.
İmzalanmış bəyannaməyə əsasən, Fransız məktəbinin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik Fransız tədris planı olacaq. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaq. Məktəbin şagirdlərə təqdim etdiyi attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verməklə, onun tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar. Yeni təhsil ocağının yaradılması gələcəkdə yüksək səviyyəli peşəkar mütəxəssislərin yetişməsinə zəmin yaradacaq. Fransanın milli tədris proqramına uyğun şəkildə təhsil verəcək Fransız məktəbinin təsis olunması ölkələrimiz arasında təhsil, mədəniyyət, və dilçilik sahəsində əməkdaşlığın mühüm amilinə çevriləcək.
Sonda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gələcəkdə də belə səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu deyib.


8 il əvvəl