• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

26-27 fevral tarixlərində Fövqəladə Hallar Nazirliyinin Qəbələ rayonu üzrə Regional Mərkəzində “Təhsildə fəlakət riskinin azaldılması” (DİPECHO) layihəsi çərçivəsində təlimlər keçirilib.

YUNİSEF, Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə reallaşdırdığı layihə üzrə keçirilmiş təlimlərdə Şəkidəki 2 nömrəli, Zaqataladakı 3 nömrəli və Suvagil kənd tam orta məktəblərindən seçilmiş müəllimlər iştirak ediblər.
Təlimlərin məqsədi “Təhsildə fəlakət riskinin azaldılması” layihəsi çərçivəsində seçilmiş pilot məktəblərinin müəllimlərinə baş vermiş təbii fəlakətlər, qəzalar, müxtəlif fövqəladə vəziyyətlər zamanı riskli vəziyyətdən çıxış yollarını tapmaq, eyni zamanda fəlakət riskinin azaldılması üzrə bilik və bacarıqların artırılması üçün xilasetmə, eləcə də təhlükəsizlik avadanlıqlarından istifadə qaydalarının öyrədilməsindən ibarət olub.
Təlimin sonunda iştirakçılara təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün metodik vəsait və CD disklər paylanılıb.
Təlimlərdə Təhsil və Fövqəladə Nazirliklərin əməkdaşları, YUNİSEF-in nümayəndələri iştirak ediblər.


8 il əvvəl