• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 27-də respublikamızın peşə liseylərində tam orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş yoxlama imtahanı keçirilib.

29 mərkəzdə keçirilmiş yoxlama imtahanına 23 şəhər və rayonda yerləşən peşə liseylərinin 4770 şagirdi cəlb edilib.
Onu da qeyd edək ki, martın 13-də Astara, Biləsuvar, Cəlil­abad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları keçiriləcəkdir.


8 il əvvəl