• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 24-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında II Respublika muğam müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev iştirak ediblər.
Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov fevralın 20-dən 24-dək keçirilən II Respublika muğam müsabiqəsinin əhəmiyyəti barədə fikirlərini bildirib. Ümummilli liderimiz Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə xüsusi önəm verdiyini söyləyən təhsil naziri ulu öndərin ideyalarının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini nəzərə çatdırıb. Nazir muğamın təkcə Azərbaycanda deyil, artıq bütün dünyada məşhur olduğunu bildirib, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsindəki xidmətlərinin əvəzsiz olduğunu vurğulayıb.
Belə tədbirlərin istedadlı gənclərin üzə çıxarılmasında əhəmiyyətli rol oynadığını qeyd edən nazir II Respublika muğam müsabiqəsinin bütün təşkilatçılarına, müsabiqənin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib. Misir Mərdanov müsabiqədə yer tutan qalibləri təbrik edərək, onlara pul mükafatlarının veriləcəyini nəzərə çatdırıb.
Sonra müsabiqədə I, II, III yerlərə layiq görülmüş ifaçıların adları açıqlanıb. Qeyd olunub ki, II Respublika muğam müsabiqəsində Aytən Məhərrəmova I, Ehtiram Hüseynov II, Nişanə Baxışova III yerə layiq görülüblər. Onu da qeyd edək ki, müsabiqədə ilk 3 yeri tutan ifaçılar II Beynəlxalq muğam festivalında ölkəmizi təmsil edəcəklər. İştirakçılardan Arzu Əliyeva, Vüsalə Musayeva, Fərhad Allahverdiyev isə müsabiqənin diplomantları elan olunublar.
Tədbirdə qonaqlar qaliblərə diplomları təqdim edib və onlara xoş arzularını çatdırıblar.
Müsabiqənin qalibi Aytən Məhərrəmova çıxış edərək bütün gənclər adından tədbirin təşkilatçılarına, münsiflər heyətinə minnətdarlığını bildirib.
Mərasimin sonunda müsabiqə qaliblərinin ifasında muğam nümunələri dinlənilib.


8 il əvvəl