• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 11-də Bakıdakı 132-134 nömrəli təhsil kompleksində “Təhsilin əsasları” fənnini tədris edən ali məktəb müəllimləri üçün təşkil olunmuş kursun yekunlarına dair tədbir keçirilib.

İlk öncə məlumat verilib ki, Təhsil Nazirliyi ilə Dünya Bankının həyata keçirdiyi birgə layihəyə uyğun olaraq “Təhsilin əsasları” fənni  pilot layihə kimi üç ali məktəbdə - Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Pedaqoji Universitetində tədris edilir.
Sonra “Təhsilin əsasları” fənnini tədris edən müəllimlərin üç həftəlik kursda öyrəndikləri barədə təqdimatları dinlənilib.
Qeyd edək ki, Bakıdakı 132-134 nömrəli təhsil kompleksində təşkil olunmuş kursda Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Gəncə Dövlət Pedaqoji Universitetindən 30 müəllim iştirak edib.
“Təhsilin əsasları” fənninin pilot layihə kimi 3 ali məktəbdə tədris olunmasının əhəmiyyətinə toxunan təhsil naziri Misir Mərdanov bu işin uğurla davam etdirildiyini bildirib. “Təhsilin əsasları” fənninin müəllim hazırlığı sahəsində önəmli rol oynadığını vurğulayan nazir müvafiq dərs vəsaitinin və fənn kurikulumunun hazırlanmasında xarici ölkələrin təcrübəsindən də istifadə edildiyini nəzərə çatdırıb. Müvafiq kursların digər orta məktəblərdə də təşkilinə diqqət yetirməyin zəruriliyini önə çəkən təhsil naziri “Təhsilin əsasları” fənnini tədris edən müəllimlərin kursda öyrəndikləri barədə etdikləri təqdimatlardan razı qaldığını söyləyib.
Daha sonra “Təhsilin əsasları” fənnini tədris edən müəllimlər üçün növbəti kursların təşkili, bu baxımdan gələcəkdə həyata keçiriləcək tədbirlər və digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq təkliflər səsləndirilib.
Sonda kurs iştirakçılarına Təhsil Nazirliyinin sertifikatları təqdim olunub.


8 il əvvəl