• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 10-da Respublika Olimpiya Mərkəzində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş atletika yarışının açılış mərasimi olub.

Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qonaqları, gəncləri və idmançıları salamlayaraq bu gün ölkəmizin hər yerində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbirlər keçirildiyini bildirib. Nazir qeyd edib ki, xalqımız Azərbaycanın müdafiəsi uğrunda həyatından keçən bütün qəhrəman övladlarının xatirəsini həmişə əziz tutur. Mübariz İbrahimovun öz şücaəti ilə Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun daha da güclənməsinə müstəsna təsir göstərdiyini söyləyən təhsil naziri, Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş atletika yarışının keçirilməsini yüksək dəyərləndirib.
Tədbirdə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə, Daxili Qoşunların Qərargah rəisi, general-mayor Şirin Xəlilov, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov çıxış edərək Mübariz İbrahimovun qəhrəmanlığından qürur hissi duyduqlarını, onun Azərbaycanın ən qüdrətli oğullarından biri olduğunu vurğulayıblar.
Mərasimin sonunda çıxış edən Milli Qəhrəmanın atası Ağakərim İbrahimov atletika turnirinin iştirakçılarına uğurlar arzulayıb və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirin bədii hissəsində Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş kompozisiya nümayiş etdirilib və üç gün davam edəcək atletika yarışına start verilib.


8 il əvvəl