• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 8-də “Hyatt Recency” otelində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin yekun konfransı keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, nazir müavinləri, Azərbaycanın dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, Təhsil Nazirliyinin müvafiq şöbə və struktur bölmələrinin, təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Konfrans iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bu tədbirin Azərbaycan təhsili üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib. Nazir bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanda ilk peşə ixtisas təhsili (İPİT) üçün yeni milli strategiyanın formalaşdırılması və işəgötürənlərin ehtiyacları üzərində qurulmuş yeni İPİT proqramlarının hazırlanması və sınaqdan keçirilməsi sahəsində əldə olunmuş nailiyyətlərdən söz açıb.
"İlk peşə ixtisas təhsilinin mövcud vəziyyəti, problemlər və perspektivlər" mövzusunda təqdimatla çıxış edən təhsil naziri ilk peşə ixtisas təhsili müəssisələrinə şagird qəbulunun vəziyyəti, bu sahənin maliyyələşdirilməsi, peşə təhsili müəssisələrində mövcud olan problemlər haqqında ətraflı məlumat verib. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın təsdiq edilməsindən sonra bu sahədə ciddi dəyişikliklərin baş verdiyini vurğulayan Misir Mərdanov Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. İlk peşə ixtisas təhsili müəssisələri ilə işəgötürənlər arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə toxunan nazir peşə təhsilinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərdən də bəhs edib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobya Azərbaycanda İPİT sisteminin inkişafı istiqamətində təmsil etdiyi təşkilatın atdığı birgə addımlardan söz açıb.
“Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin rəhbəri Ann Castis, beynəlxalq ekspertlər Devid Hardi və Aleksandr Siboni öz təqdimatlarında keyfiyyətli İPİT sisteminin davamlılığını və gələcək inkişafını təmin etmək üçün tətbiq edilən proseduralar barədə ətraflı məlumat veriblər.
Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, “İmproteks” Şirkətlər Qrupunun vitse-prezidenti Vüqar Ələkbərov, Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin yeni yaradılmış İsmayıllı Peşə Tədris Mərkəzi, biznesin inkişaf etməsi və uğur qazanılmasına İPİT sisteminin təsiri barədə təqdimatları dinlənilib. Çıxışlarda qeyd olunub ki, layihənin və layihə çərçivəsində hazırlanmış yeni Milli Strategiyanın əsas üstünlüyü ondan ibarətdir ki, dövlət orqanları ilə işəgötürənlər arasında sıx əməkdaşlıq, işəgötürənlərin spesifik ehtiyaclarının ödənilməsi tələbləri sənədin ana xəttini təşkil edir.
Konfransı yekunlaşdıran təhsil naziri "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin Azərbaycanda İPİT sisteminin müasir tələblər səviyyəsində təşkilinə ciddi təkan verəcəyinə inamını ifadə edib.


8 il əvvəl