• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 5-də Təhsil Nazirliyində xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqlar üçün “Elektron Təlimləndirən Sistemlər” layihəsi çərçivəsində görülmüş işlərin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçiləri, layihəni reallaşdiran “Nobel-T” MMC-nin əməkdaşları, Bakı şəhərindəki 219 nömrəli evdə məktəbin layihənin həyata keçirilməsi üçün cəlb olunmuş 30 nəfər xüsusi qayğıya ehtiyacı olan şagird və müəllimi iştirak edib.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov qeyd edib ki, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə distant təhsilin inkişaf etdirilməsi, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə daha yaxından cəlb olunması məqsədilə “Elektron Təlimləndirən Sistemlər” layihəsi işlənib hazırlanıb. Layihə üzrə görülmüş işlərin gedişi ilə tanış olmaq üçün bir neçə dəfə müvüfiq tədbirlərin keçirildiyini bildirən nazir deyib ki, layihənin əsas məqsədi məsafədən təhsilin inkişafı, layihəyə cəlb edilmiş xüsusi qayğıya ehtiyacı olan şagirdlərin təhsilalma imkanlarının artırılması, onların kompüter və elektron resurslardan istifadə bacarıqlarının təkmilləşdirilməsi və internetə çıxış imkanlarının yaxşılaşdırılmasından ibarətdir. Layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirləri nəzərə çatdıran təhsil naziri, ilk növbədə 30 şagird və 7 müəllim heyətinə ən yeni proqramlarla təchiz olunmuş noutbukların təqdim ediləcəyini bildirib. Nazir deyib ki, dərs prosesinin idarə edilməsi məqsədi ilə müəllimlər üçün ayrilan tədris məkanı yüksək sürətli internet və intranet bağlantılarla təchiz olunacaq, təlim məsafəsi əsasında 16 təlimçi müəllim heyəti hazırlanacaq, təlimçilər tərəfindən məktəbyaşlı uşaqlar üçün məsafədən təhsilin köməyi ilə təlim məsəfəsi əsasında təlimlər təşkil olunacaq. Layihənin həyata keçirilməsində Heydər Əliyev Fondunun göstərdiyi dəstəkdən bəhs edən təhsil naziri bu işdə əməyi olan bütün təşkilatlara təşəkkürünü bildirib.
Sonra təhsil naziri Bakı şəhətindəki 219 nömrəli evdə məktəbin 30 şagird və müəlliminə noutbuklar, sertifikatlar təqdim edib, onlara uğurlar arzulayıb.
219 nömrəli evdə məktəbin direktoru Sədaqət Məmmədova bu layihənin əhəmiyyətindən danışıb, göstərdikləri yüksək qayğıya görə Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, “Nobel-T” MMC-yə, eləcə də rəhbərlik etdiyi tədris ocağının müəllim və şagirdlərinə təşəkkürünü bildirib.


8 il əvvəl