• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 24-də Təhsil Nazirliyində Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin müzakirəsinə dair iclas keçirilib.

İclas iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycanda texniki peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə Maliyyə, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və digər dövlət qurumlarının verdikləri dəstəkdən söz açıb. Nazir bildirib ki, 2007-ci ildə Cənubi Koreya tərəfinin təklifi ilə respublikamızda Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin reallaşdırılması üzrə razılığa gəlinib, bununla bağlı mütəxəssislərin qarşılıqlı səfərləri təşkil olunub və bir sıra təşkilati məsələlər həllini tapıb. Layihə haqqında məlumat verən Misir Mərdanov Peşə Tədris Mərkəzinin yaradılması üçün Cənubi Koreya hökumətinin 22 milyon dollar ayıracağını nəzərə çatdırıb və qeyd edib ki, mərkəzdə 8 ixtisas üzrə il ərzində 800 nəfər peşə təlimi ala biləcək.
Təhsil naziri 4 nömrəli Bakı peşə liseyinin bazasında yaradılması nəzərdə tutulan mərkəzdə 2 illik ümumi və qısa müddətli kursların təşkil ediləcəyini söyləyib. Ölkə Prezidentinin texniki peşə təhsilinin inkişafına prioritet məsələlərdən biri kimi yanaşdığını vurğulayan nazir qarşıda duran işlərin uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.
Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılmasına dəstək göstərən hər kəsə təşəkkürünü bildirən Cənubi Koreya İnsan Resursları Departamentinin nümayəndəsi Can Cey Mun çıxışında layihənin əsas məqsədləri barədə məlumat verib. Layihə çərçivəsində əsas və orta, eləcə də ali məktəbləri bitirmiş şəxslərin peşə təhsili almasının mümkün olacağını söyləyən qonaq mərkəzdə ən yüksək tələblər səviyyəsində tədris şəraitinin yaradılacağını, şagirdlərin yataqxana ilə təmin ediləcəyini nəzərə çatdırıb.
Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci-Ha Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin əhəmiyyətindən bəhs edib. Ölkəsinin Azərbaycanla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bildirən səfir bu layihənin də uğurla reallaşdırılacağına inandığını söyləyib.
Sonda məsələ ətrafında fikir mübadiləsi aparılıb, layihənin həyata keçirilməsi istiqamətində görüləcək işlər müzakirə edilib.


8 il əvvəl