Fevralın 11-də Bakı şəhərindəki 1 saylı məktəbdə Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının birgə tədbiri keçirilib.
Təhsil naziri Misir Mərdanov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, tanınmış alimlər, ekspertlər, məktəb direktorları və müəllimlər tədbirdə iştirak edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri N.Rzaquliyeva çıxış edərək 2007-2008-ci tədris ilində paytaxt məktəblərinin ali məktəblərə qəbul zamanı göstərdiyi nəticələrdən söz açıb.
Sonra TQDK-nın sədri M. Abbaszadə “Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə tələbə qəbulu: nəticələr, nailiyyətlər, vəzifələr” mövzusunda təqdimat edib, 2009-cu ildə ali məktəblərə qəbulda aparılacaq yeniliklər barədə danışıb.
Tədbirdə əlaçı məzunların illər üzrə göstərdiyi nəticələr müqayisəli təhlil olunub, şagird biliyinin qiymətləndirilməsindən söz açılıb, habelə bununla bağlı statistik rəqəmlər diqqətə çatdırılıb.
Təhsil naziri Misir Mərdanov çıxış edərək ölkə başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğısından danışıb. Nazir verilən məlumatların vacib və əhəmiyyətli olduğunu, qeyd edilən məsələlərin zəruriliyini diqqətə çatdırıb. Eyni zamanda hər bir təhsil işçisinə işlərində daha ciddi və məsuliyyətli olmağı tövsiyə edib.
8 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30