• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 15-də Təhsil Nazirliyində Ümumi şöbənin və Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilib.

Ümumi şöbənin müdir müavini Hicran Məmmədova şöbənin əsas fəaliyyət istiqamətləri, strukturu, əməkdaşlar arasındakı vəzifə bölgüsü haqqında məlumat verib. H.Məmmədova bildirib ki, 2010-cu ildə Təhsil Nazirliyinə ümumilikdə 51552 sənəd daxil olub. Onlardan 23600-nün ərizə və şikayət, 27952-nin məktub olduğunu qeyd edən şöbə müdirinin müavini ərizə və məktubların təşkilatlar üzrə bölgüsü, ərizələrin struktur bölmələr üzrə paylanması, şəhər və rayonlar üzrə daxilolma göstəriciləri, 2010-cu ildə icra olunan nəzarət xarakterli məktublar haqqında məlumatları nəzərə çatdırıb.
Vətəndaşların qəbulu məsələsinə diqqət çəkən Hicran Məmmədova ötən il Təhsil Nazirliyində 7251 nəfərin qəbul edildiyini, 4758 müraciətin cavablandırıldığını söyləyib. O, bildirib ki, sorğular və yazılı müraciətlər əsasən diplomların verilməsi, işlə təminat, ali məktəblərə köçürülmə və bərpa, ümumtəhsil məktəblərində şagirdlərin yerdəyişməsi, xaricdə təhsil alan tələbələrə hərbi komissarlığa təqdim etmək üçün arayışın verilməsi, diplomların təsdiq edilməsi, xaricdə təhsil üçün pasport verilməsinə razılıq və digər məsələlərlə bağlı olub. Ümumi şöbənin müdir müavini daha sonra qarşıda duran məsələləri diqqətə çatdırıb.
Ötən il ərzində görülən işlərə dair hesabatla çıxış edən Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinin rəisi Allahverdi Dəmirov qeyd edib ki, idarənin əsas vəzifələri təhsil müəssisələrində monitorinq aparmaq, yeni məktəb və əlavə korpus tikintisinə, bərpa-gücləndirmə və əsaslı təmir işlərinə ehtiyacı müəyyənləşdirərək təkliflər hazırlayıb müvafiq qurumlara təqdim etmək, tikinti işlərinin layihə-smeta sənədlərinə uyğun aparılmasına texniki nəzarəti həyat keçirmək, tikintinin layihə işlərini maliyyələşdirmək, yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyərinin ödənilməsini təmin etməkdən ibarətdir. Allahverdi Dəmirov bildirib ki, ötən il idarə tərəfindən 27 yeni məktəb, 1 məktəbdə 840 şagird yerlik əlavə korpus tikilib istifadəyə verilib, 7 tədris müəssisəsində bərpa-gücləndirmə və əsaslı təmir işləri aparılıb.
2010-cu ildə ümumtəhsil məktəblərinin və uşaq bağçalarının təmiri və yenidənqurulması işləri üçün 20,65 milyon manat vəsait ayrıldığını, 388 obyekt, o cümlədən 356 məktəb və 32 uşaq bağçasının təmir edildiyini nəzərə çatdıran A.Dəmirov 2011-ci ildə təhvil veriləcək 24 yeni tədris ocağının və 1 məktəbdə 560 şagird yerlik korpusun tikintisinin uğurla davam etdirildiyini vurğulayıb.
 Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinin rəisi ümumtəhsil məktəblərinin tədris avadanlıqları ilə təminatı, məktəbəqədər təhsilin yeniləşdirilməsi, şahmatın və texniki-peşə təhsilinin inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində görülmüş işlər, qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verib.
Hər iki hesabatda səslənən fikirlərlə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


8 il əvvəl