• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 13-də Təhsil Nazirliyində Kənd rayonları üzrə ümumi təhsil və Texniki peşə təhsili şöbələrinin 2010-cu il üzrə görülmüş işlərə dair hesabatları dinlənilib.

Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov 2010-cu ildə şöbənin əsas fəaliyyət istiqamətləri və əməkdaşlar arasındakı vəzifə bölgüsündən danışıb. A.Əhmədov “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn hüquqi normativ sənədlərin hazırlanması, kurikulum islahatının davam etdirilməsi və onun tətbiqinə dəstək” alt-komponenti üzrə təşkilati tədbirlərin, araşdırma və tədqiqat xarakterli işlərin həyata keçirilməsi ilə bağlı iclas iştirakçılarına ətraflı məlumat verib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın icrası ilə əlaqədar istedadlı şagirdlərin Respublika seçim turunun keçirilməsini, iştirakçılar üçün vəsaitlərin hazırlanmasını diqqətə çatdıran şöbə müdiri “Kiçik Akademiya”ların yaradılması istiqamətində görülən işlərdən, ölkəmizin 8 bölgəsində müəyyən edilmiş məktəblərin bazasında xüsusi istedadlı şagirdlər üçün V siniflərin açılması ilə bağlı təşkilati tədbirlərdən də söz açıb.
A.Əhmədov, həmçinin “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi sahəsində zəruri işlərin yerinə yetirilməsi, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə ümumtəhsil məktəbləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə inşa yazı müsabiqəsinin və məktəblilərin 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının təşkili barədə məlumat verib. Şöbə müdiri tədris planları və proqramlarının hazırlanması, konfrans və seminarlarda iştirak, vətəndaşların müraciətlərinə baxılması, eyni zamanda 2011-ci il üçün nəzərdə tutulan məsələlər barədə fikirlərini bildirib.
Texniki peşə təhsili şöbəsinin ötən il ərzində gördüyü işlərə dair hesabatla çıxış edən Namiq Məmmədov şöbənin strukturu, vəzifə bölgüsü, fəaliyyət istiqamətləri haqqında danışıb. Həyata keçirilmiş işləri sadalayan N.Məmmədov peşə təhsili müəssisələrinin işçi və şagird kontingentini, elektron peşə təhsili portalının istifadəyə verilməsini, məzunların işlə təmin olunduğu sahələri nəzərə çatdırıb. N.Məmmədovun verdiyi məlumata görə, son 20 ildə müxtəlif peşələr üzrə ilk dəfə olaraq 9 adda dərslik hazırlanıb.
Peşə təhsili üzrə ən çox tələb olunan ixtisaslar, əmək bazarının öyrənilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edən şöbə müdiri “Peşə məktəblərinin inkişafı”, “Peşə təhsilinin təkmilləşdirilməsi” layihələri çərçivəsində reallaşdırılan tədbirləri də iştirakçıların diqqətinə çatdırıb. N.Məmmədov hesabat-təqdimatında müvafiq sahə ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, “Yaşıl texnologiya üzrə kadr hazırlığı” və “Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihələri barədə də məlumat verib.
Təhsil naziri Misir Mərdanov hər iki şöbəyə qarşıda duran vəzifələr və bir sıra müvafiq sənədlərin hazırlanması ilə bağlı tapşırıqlar verib.


8 il əvvəl