• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 12-də təhsil naziri Misir Mərdanov Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha, səfirliyin müşaviri Kim Yonq Soq və Koreya İnsan Resursları İnkişafı Xidmətinin layihə meneceri Can Cey Munun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq son illər Koreya ilə Azərbaycan arasında yaradılmış əlaqələrdən və bu əlaqələrin hər iki dövlət başçılarının səmimi münasibətləri zəminində daha da inkişaf etdirilməsindən söz açıb. Təhsil sahəsində də səmərəli əməkdaşlığın mövcudluğunu nəzərə çatdıran nazir onu da vurğulayıb ki, hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Koreya Respublikasının universitetlərində 25-dən çox azərbaycanlı gənc təhsil alır. Eyni zamanda Misir Mərdanov Koreya dilinin ölkəmizdə öyrənilməsi istiqamətində iş aparıldığını da diqqətə çatdırıb.
Sonra Misir Mərdanov Azərbaycanda Peşə Tədris Mərkəzinin yaradılması ilə əlaqədar görüləcək işlərdən danışıb və bu məsələnin müsbət həll olunacağına ümidvar olduğunu vurğulayıb.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha öncə ölkələrarası əlaqələrin inkişafından, təhsil sahəsindəki səmərəli əməkdaşlıqdan, Koreyada Azərbaycana olan maraqdan bəhs edib və yeni Peşə Tədris Mərkəzinin yaradılmasının bu əlaqələrə müsbət təsir göstərəcəyini vurğulayıb. Səfir, həmçinin Azərbaycanda Peşə Tədris Mərkəzinin yaradılması ilə bağlı ölkəmizdə səfərdə olan nümayəndə heyətinin bu ayın sonunadək müvafiq istiqamətdə araşdırmalar aparacağını, yekun olaraq Təhsil Nazirliyində təqdimatla çıxış edilməsinin nəzərdə tutulduğunu açıqlayıb və aidiyyəti dövlət qurumları nümayəndələrinin həmin təqdimatda iştirak etməsinin əhəmiyyətini bildirib. Eyni zamanda Li Ci Ha Azərbaycanda Peşə Tədris Mərkəzinin yaradılması işinə cari ilin iyununda başlamaq niyyətində olduqlarını nəzərə çatdırıb.
Misir Mərdanov Peşə Tədrisi Mərkəzinin yaradılması ilə bağlı nümayəndə heyətinin fəaliyyətinə uğurlar arzulayıb və bu işdə nazirliyin müvafiq şöbəsinin onlara lazımi köməklik göstərəcəklərini qeyd edib.
Koreya İnsan Resursları İnkişafı Xidmətinin layihə meneceri Jeong Jai Mun nəzərdə tutulan layihə və planlaşdırılan işlər barədə məlumat verib.
Görüşdə qeyd olunan mərkəzin fəaliyyətə başlaması üçün müvafiq işlərin həyata keçirilməsi ilə bağlı digər məsələlər ətrafında söhbət aparılıb.


8 il əvvəl