• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 10-da Təhsil Nazirliyində Təhsilin idarəolunmasının məlumat sistemləri və Elm şöbələrinin 2010-cu ildə görülmüş işlərə dair hesabatları dinlənilib.

İclasda 2010-cu ildə görülmüş işlər barədə çıxış edən Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov öncə qeyd edib ki, təhsilin idarəolunmasının məlumat sisteminin yaradılmasında və fəaliyyətində başlıca məqsəd təhsili səmərəli idarə etmək və son nəticədə təhsilin keyfiyyətini yüksəltməkdir. Təhsilin idarəolunmasının alt sistemləri, səviyyələri, müvafiq şəbəkənin strukturu və “Ümumtəhsil məktəbləri” alt sistemi barədə danışan İ.Sadıqov məktəblərdə kadr və şagird heyəti, təhsil şöbələrində çalışan əməkdaşlar və digər məsələlərlə bağlı bazada müvafiq məlumatların olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, məlumat bazasında təhsil sənədi alanlar, tədris ilinin əvvəlinə siniflər üzrə şаgirdlərin bölgüsü və yаş tərkibi, hazırlıq və I-IV sinif komplektlərinin sayı, məktəb kitаbхаnаlаrı, tədris məşğələlərinin növbəliliyi, günüuzadılmış qruplar, ümumtəhsil məktəblərində şagirdlərin dərsə davamiyyəti və digər mühüm məlumatlar öz əksini tapıb. İ.Sadıqov rəhbərlik etdiyi şöbənin Təhsil Nazirliyinin digər şöbələri ilə müvafiq istiqamətlər üzrə yaratdığı əlaqələrdən, habelə “Xalq kompüteri” layihəsi çərçivəsində görülmüş işlərdən söz açıb. 2011-ci il üçün planlaşdırılan işlər haqqında danışan şöbə müdiri məktəbəqədər, orta ixtisas və məktəbdənkənar təhsil müəssislərinin vahid təhsil şəbəkəsinə qoşulmasının nəzərdə tutulduğunu vurğulayıb.
Sonra Elm şöbəsinin müdiri Gültəkin Hüseynovanın şöbənin 2010-cu ildəki fəaliyyətinə dair hesabatı dinlənilib. G.Hüseynova şöbənin strukturu, vəzifələri və fəaliyyət istiqamətləri, əməkdaşların vəzifə funksiyalarını diqqətə çatdırıb. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”nın ali məktəb elminin inkişafında təkanverici rol oynadığını bildirən şöbə müdiri ali təhsil müəssisələrində bu baxımdan görülmüş işlər, əldə olunmuş nailiyyətlərdən bəhs edib.
Şöbə müdiri ali məktəblərdə elmi tədqiqatların aparılması, elmi-pedaqoji kadrların hazırlanması, respublika və beynəlxalq konfransların keçirilməsi, tələbələrin elmi tədqiqat işləri və elmi kitabxanaların işinin təkmilləşdirilməsi üzrə həyata keçirilmiş tədbirlərdən söz açıb. G.Hüseynova şöbəyə daxil olan ərizə və məktublar barədə də məlumat verib, habelə qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Sonda təhsil naziri Misir Mərdanov qarşıda duran vəzifələrlə bağlı hər iki şöbəyə tapşırıq və tövsiyələrini verib.


8 il əvvəl