• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 8-də Təhsil Nazirliyində Ali və orta ixtisas təhsili şöbəsi və Beynəlxalq əlaqələr şöbəsinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilib.

Öncə Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev rəhbərlik etdiyi şöbənin fəaliyyətinin əsas istiqamətləri, 2010-cu il üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində görülmüş işlərdən söz açıb. İlham Mustafayev Ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşlarının vəzifə bölgüsü, onların iş planına uyğun olaraq yerinə yetirdiyi işlərdən bəhs edib. Şöbə müdiri kollegiya və rəhbərliyin yanında müzakirəyə çıxarılan məsələləri nəzərə çatdırıb, hesabat ili ərzində həyata keçirilmiş tədbirlərin nəticələrinə diqqət çəkib. O, bildirib ki, şöbə əməkdaşlarının iştirakı ilə ali məktəblərdə kredit sisteminin tətbiqi ilə bağlı simpozium, konfrans, seminar, treninqlər keçirilib, 2010-cu il üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının layihəsi hazırlanıb, ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağlı müvafiq addımlar atılıb, 2009-2010-cu tədris ilinin imtahan sessiyalarının təşkili və monitorinqi yerinə yetirilib.
Ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən metodikanın hazırlanması, «Təhsilin əsasları» fənninin tətbiqi ilə bağlı monitorinq və treninqlərin keçirilməsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq ilə bağlı görülmüş işlər haqqında söz açan İ.Mustafayev Dünya Bankının vasitəsilə Yaponiya hökumətindən alınmış qrant hesabına ali təhsilin islahatı üzrə layihənin hazırlanması, «2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı» və «2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı» çərçivəsində həyata keçirilmiş tədbirləri nəzərə çatdırıb.
2010-cu ildə şöbəyə daxil olmuş müraciət, ərizə və şikayətlər barədə məlumat verən şöbə müdiri 2011-ci ildə görüləcək işləri sadalayıb, hesabatla bağlı sualları cavablandırıb.
Rəhbərlik etdiyi şöbənin 2010-cu ildə gördüyü işlərdən bəhs edən Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov əməkdaşlar arasındakı iş bölgüsü haqqında ətraflı məlumat verib. Şöbənin fəaliyyətinin əsas istiqamətlərini, ötən il beynəlxalq əməkdaşlıq sahəsində atılan addımları nəzərə çatdıran Qulu Novruzov bildirib ki, bu baxımdan Avropa Şurası, Avropa İttifaqı, YUNESKO, İSESKO, KOICA (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi), DAAD (Almaniya Akademik Mübadilə Təşkilatı), ACCELS, İREX, Avropa Təlim Fondu, ATƏT, JICA (Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi) və digər qurumlarla səmərəli əlaqələr davam etdirilib.
Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, təhsil sahəsində xarici ölkələrlə imzalanmış ikitərəfli saziş və protokollar, Bakıda və bir sıra xarici ölkələrdə keçirilmiş tədbirlər barədə söhbət açan Q.Novruzov, eləcə də beynəlxalq təşkilatlarla birgə reallaşdırılan müxtəlif layihə və proqramlar çərçivəsində keçirilmiş konfrans və seminarlarda Təhsil Nazirliyi əməkdaşlarının iştirakı etdiyini nəzərə çatdırıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlərdən bəhs edən Qulu Novruzov əcnəbilərin Azərbaycan ali məktəblərində təhsili, xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələr barədə olan statistik məlumatlara da diqqət çəkib.
Ötən il ərzində şöbəyə daxil olmuş müraciət və ərizələr haqda məlumat verən Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov 2011-ci ildə qarşıda duran vəzifələrdən danışıb, hesabatla bağlı sualları cavablandırıb.
Sonda təhsil naziri Misir Mərdanov hər iki şöbənin 2010-cu ildə gördüyü işlərlə bağlı fikirlərini bildirib, bir sıra məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.


8 il əvvəl