• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 6-da Təhsil Nazirliyində Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi və Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin 2010-cu ilə dair illik hesabatları dinlənilib.

Qeyd edək ki, hesabat iclasları Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi işinin təşkili barədə “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq Təhsil Nazirliyi mərkəzi aparatının əməkdaşlarının 2010-cu il ərzində xidməti fəaliyyətinin qiymətləndirilməsi işinin daha səmərəli təşkili ilə əlaqədar verilən müvafiq əmrə əsasən keçirilir.
Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq bildirib ki, bu gündən başlayaraq nazirliyin bütün şöbələrinin 2010-cu il ərzində gördükləri işlərlə bağlı hesabatları dinləniləcək.
İclasda Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov çıxış edərək rəhbəri olduğu şöbənin əsas vəzifə və funksiyalarından söz açıb. F.Qədirovun verdiyi məlumata görə, ötən il şöbə tərəfindən nazirliyin 3 illik Strateji Planı və 2010-cu il üçün illik fəaliyyət planı hazırlanıb. Şöbə müdiri bildirib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” sənəd hazırlanıb, bununla əlaqədar Nazirlər Kabineti tərəfindən müvafiq qərar imzalanıb.
Ölkənin ümumtəhsil məktəblərində mövcud vakansiyaların ümumiləşdirildiyi və təhlil olunaraq dövlət sifarişinin hazırlandığını qeyd edən şöbə müdiri əlavə edib ki, ötən il ucqar kənd məktəblərinə həvəsləndirmə tədbirləri tətbiq olunmaqla 800 nəfər pedaqoji kadr göndərilib. Bildirilib ki, 2010-2011-ci tədris ili üçün ölkənin ümumtəhsil məktəblərində 288 vakant müəllim yeri müəyyənləşdirilib və işə qəbulla bağlı reqlament nazirliyin internet saytında yerləşdirilib.
Bir sıra proqram və layihələrin icrası istiqamətində görülən işlərdən bəhs edən F.Qədirov eyni zamanda ixtisasartırma təhsili müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi məqsədilə ötən il şöbənin nəzdində Əlavə təhsil sektorunun yaradıldığı, bununla bağlı sənədlərin hazırlandığı və müvafiq tədbirlərin həyata keçirdiyi barədə məlumat verib, qarşıda duran vəzifələri nəzərə çatdırıb.
Sonra Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov illik hesabatında qeyd edib ki, Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı fəaliyyət göstərən bu idarə 3 şöbədən ibarətdir.
S.Məmmədov qeyd edib ki, ölkəmizin 500 təhsil müəssisəsində kompüter sinifləri, müəllim və direktorların otaqlarını əhatə edən lokal şəbəkələr yaradılıb. İdarə rəisi ümumilikdə 1000 təhsil müəssisəsinin internet şəbəkəsinə qoşulduğunu diqqətə çatdırıb. Samir Məmmədov öz hesabatında ümumtəhsil məktəblərində çalışan müəllimlərin İKT bacarıqlarının artırılmasından, müvafiq sahədə aparılan işlərdən və bu istiqamətdə mövcud olan problemlərdən danışıb.
İclasda hər iki hesabatla əlaqədar sual və təkliflər səsləndirilib.
Tədbiri yekunlaşdıran təhsil naziri Misir Mərdanov Təhsil sisteminin informasiyalaşdırması idarəsinin nazirliyin ayrı-ayrı şöbələri ilə daha sıx əlaqədə işləmələrini tövsiyə edib və hər iki şöbənin qarşısında duran vəzifələri nəzərə çatdırıb.


8 il əvvəl