• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 30-da Təhsil Nazirliyində Lisenziya komissiyasının iclası keçirilib.

İclasda Xəzər Universiteti, bu ali təhsil müəssisəsinin nəzdindəki “Dünya” məktəbi və Bakı Biznes Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılması məsələləri müzakirə edilib.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov mərasim iştirakçılarını qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edib. Nazir Xəzər Universiteti, bu ali təhsil müəssisəsinin nəzdindəki “Dünya” məktəbi və Bakı Biznes Universitetinin fəaliyyəti haqqında fikirlərini bildirib. Son illərdə ölkəmizin bütün istiqamətlərdə, o cümlədən də təhsil sahəsində ciddi nailiyyətlər qazandığını vurğulayan Misir Mərdanov Azərbaycanda yüksək ixtisaslı mütəxəssislərə olan tələbatdan söz açıb. Bu baxımdan hər iki universitetin əldə etdiyi uğurlara toxunan təhsil naziri bu ali təhsil müəssisələrini bitirmiş bir çox məzunların dünyanın nüfuzlu universitetlərində təhsillərini müvəffəqiyyətlə davam etdirdiklərini nəzərə çatdırıb.
Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev hər iki universitetin fəaliyyətini araşdıran ekspert qruplarının işi barədə ətraflı məlumat verib.
Xəzər Universiteti üzrə ekspert qrupunun sədri Fialə Abdullayeva, Bakı Biznes Universiteti üzrə ekspert qrupunun sədri Əfqan Abdullayev, Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin baş məsləhətçisi Məhərrəm Səfərov və Lisenziya komissiyasının digər üzvləri tədris ocaqlarının maddi-texniki bazası, tədris şəraiti, pedaqoji heyəti, beynəlxalq əlaqələri, ixtisaslar üzrə hazırlıq səviyyəsi barədə fikirlərini bildiriblər.
Sonra iclasda müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Lisenziya komissiyasının üzvlərini maraqlandıran suallara aydınlıq gətirilib.
Sonda Lisenziya komissiyası Xəzər Universiteti, bu ali təhsil müəssisəsinin nəzdindəki “Dünya” məktəbi və Bakı Biznes Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılması barədə qərar qəbul edib.


8 il əvvəl