• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 27-də Təhsil Nazirliyində ilk peşə-ixtisas elektron təhsil sisteminin inkişafını nəzərdə tutan www.avel.edu.az portalının təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Bakı” nəşriyyatı arasında bağlanmış müqaviləyə əsasən “Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində 8 adda dərslik və elektron nəşr hazırlanıb. Həmin dərsliklər artıq ilk peşə-ixtisas təhsili müəssisələrinə paylanılıb.
Təqdimat mərasimini giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ilk öncə tədbir iştirakçılarını salamlayıb. “Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində hazırlanmış 8 adda dərsliyin elektron versiyasının yerləşdirildiyi portalın üstün cəhətlərindən bəhs edən nazir bildirib ki, ilk peşə-ixtisas təhsili sahəsində İKT-dən geniş istifadə olunması və bu resursların istifadəyə verilməsi peşə təhsilinin əhatə dairəsinin genişlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Təhsil naziri Azərbaycanda ilk peşə-ixtisas təhsili sahəsində son 20 ildə ilk dəfə mərkəzləşdirilmiş qaydada 8 adda dərslik və elektron nəşrin hazırlanmasını yüksək dəyərləndirib, bütün bu resurslardan səmərəli istifadənin təşkili və müvafiq tələblərə cavab verən müəllimlərin hazırlanması üçün təlim kurslarının keçirilməsinin vacibliyi haqda fikirlərini bildirib.
“Bakı” nəşriyyatının direktoru Zaur İsayev portalın (www.avel.edu.az ) hazırlanması prosesi, məzmunu və texniki imkanları haqqında ətraflı məlumat verib. Portal hazırlanarkən istifadəçilər üçün sadə idarəetmə imkanlarının yaradılmasının əsas götürüldüyünü vurğulayan Z.İsayev bildirib ki, elektron nəşrlərə dərsliklər, trenajorlar, animasiyalar, testlər, diskusiya zalı və digər bölmələr daxildir. Portalda yerləşdirilmiş bütün resurslardan sərbəst istifadə etmək imkanının yaradıldığını vurğulayan “Bakı” nəşriyyatının direktoru istifadəçilərin video dərslərlə yanaşı, internet şəbəkəsində mövcud olan resurslardan da geniş istifadə edə biləcəyini nəzərə çatdırıb. Zaur İsayev portalın hamı üçün açıq olduğunu qeyd edib, istifadəçilərin portaldakı müxtəlif mövzuları çat vasitəsilə müzakirəyə çıxarmaq, əldə etdikləri resursları dəyişdirmək və fikir mübadiləsi aparmaq imkanına sahib olduqlarını önə çəkib.
Yeni portalın fəaliyyətinin düzgün təşkili istiqamətində atılacaq addımlardan bəhs edən təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov, Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin baş məsləhətçisi Kamil Ağamalıyev, Təhsil Sektorunun İnkişafı üzrə Layihənin Əlaqələndirmə Qrupunun rəhbəri Elvin Rüstəmov və peşə təhsili müəssisələrinin rəhbərləri bir sıra müvafiq təkliflərini bildiriblər.


8 il əvvəl