• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 24-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus əməkdaşlarının uşaqları arasında “Azərbaycan haqqında nə bilirəm” mövzusunda keçirilmiş I Respublika müsabiqəsinin yekununa dair mərasim olub.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov müsabiqə iştirakçılarına   uğurlar arzulayıb.    
Sonra təhsil naziri Misir Mərdanov  çıxış edərək bildirib  ki, müsabiqə Xarici İşlər Nazirliyinin təşəbbüsü və Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib. Nazir müsabiqənin ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşlarının uşaqlarında Azərbaycan tarixi, təhsili, mədəniyyəti, incəsənəti haqqında daha dolğun təsəvvür yaratmaq, onları ölkəmizin ictimai həyatında fəal iştiraka cəlb etmək məqsədilə keçirildiyini nəzərə çatdırıb.  Misir Mərdanov əlavə edib ki, 6-18 yaşlı uşaqlar arasında inşa, şeir, rəsm, rəqs və müxtəlif əl işləri nominasiyaları üzrə təşkil olunmuş müsabiqədə Avropa İttifaqı Nümayəndəliyi, Belorus Respublikası, Çexiya Respublikası, Koreya Respublikası, Qazaxıstan Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyasının ölkəmizdəki səfirliklərinin əməkdaşlarının uşaqları iştirak ediblər.
Mərasimdə qeyd olunub ki, müsabiqəyə rəsm nominasiyası üzrə 14, inşa nominasiyası üzrə 5, şeir nominasiyası üzrə 1 iş təqdim olunub, həmin işlər isə münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyənləşdirilib.
Tədbirdə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri H.Hüseynova, mədəniyyət və turizm nazirinin müavini S.Məmmədəliyeva, gənclər və idman nazirinin müavini İ.Babayev, Azərbaycan Respublikası  Xarici İşlər Nazirliyinin idarə rəisi Ə. Əsgərov çıxış edərək ölkəmizdə belə bir müsabiqənin keçirilməsinin yüksək əhəmiyyətini qeyd edib, bildiriblər ki, illər keçəcək və bu uşaqlar Azərbaycanda qazandıqları uğurları  daim xatırlayacaqlar.
Sonda “Azərbaycan haqqında nə bilirəm” mövzusunda keçirilmiş I Respublika müsabiqəsinin qalibləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.


8 il əvvəl