• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 23-də “Ambassador” otelində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2010-cu ilin yekunları və qarşıda duran vəzifələr ” mövzusunda konfrans keçirilib.

Konfransda Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov, millət vəkilləri Hadı Rəcəbli, Qənirə Paşayeva, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, Türkiyə Respublikasının Sosial Xidmətlər və Uşaq Müdafiəsi müdirliyinin, Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Xidmətlər Nazirliyinin Sosial Xidmətlər müdirliyinin və Gürcüstan Respublikası Əmək, Səhiyyə və Sosial Problemlər Nazirliyinin Sosial Xidmətlər agentliyinin rəhbər şəxsləri, sosial xidmətlər üzrə YUNİSEF-in beynəlxalq ekspertləri iştirak edib.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq uşaqların rifahının yüksəldilməsi ilə bağlı məsələlərin Azərbaycan hökumətinin daim diqqət mərkəzində olduğunu qeyd edib. Ümummilli liderimiz Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində qoyduğu ənənələrin bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edən Misir Mərdanov bu istiqamətdə aparılan işləri diqqətə çatdırıb. Nazir bildirib ki, son illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı, yoxsulluq səviyyəsinin minimuma enməsi hər bir ailənin sosial rifahının yaxşılaşmasına, uşaqların hüquqlarının qorunmasına yönəlmiş proqramların həyata keçirilməsinə əlverişli şərait yaradıb.
Sonra təhsil naziri Misir Mərdanov “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində son illər həyata keçirilmiş mühüm işlər haqqında geniş məlumat verib, proqramın icrasını təmin etmək məqsədilə görülən tədbirləri nəzərə çatdırıb. Nazir qeyd edib ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi”,  “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” pilot layihələri həyata keçirilməkdədir. Misir Mərdanov əlavə edib ki, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF tərəfindən “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” layihəsinin icrası ilə bağlı imzalanmış Anlaşma Memorandumu ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilib.
Konfransda qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən hər rayon üzrə işə cəlb edilmiş 3 əməkdaş pilot seçilmiş Xəzər və Suraxanı rayonlarında layihənin icrası ilə bağlı vəzifələri yerinə yetirərək nəzərdə tutulan tədbirləri digər yerli qurumlarla əlaqələndiriblər. Layihə çərçivəsində uşaqların müəssisələrə düşməsinin qarşısı alınmaqla yanaşı, alternativ ailə qayğı sistemi və icma əsaslı sosial xidmətlər təşkil edilib. Bildirilib ki, layihənin uğurla başa çatması nəticəsində uşaqlar üçün etibarlı müdafiə sisteminin qurulması, övladlığa, qəyyumluğa və himayədarlığa veriləcək uşaqlar, namizəd ailələr üzrə məlumat bankının yaradılması nəzərdə tutulur. Daha sonra “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin əsas məqsədi və onun  icrası ilə bağlı görülən işlər barədə geniş məlumat verilib.
Təhsil naziri Misir Mərdanov hər iki layihənin səmərəli icrasını təmin etmək məqsədilə Xəzər və Suraxanı rayonlarında Koordinasiya komitələrinin yaradıldığını diqqətə çatdıraraq vurğulayıb ki, Dövlət Proqramının Tədbirlər Planına əsasən qarşıda duran vəzifələrdən biri də dövlət uşaq müəssisələrində çalışan işçi heyətinin peşə yönümünü dəyişməklə onların sosial işçi kimi hazırlanması, müvafiq təlimlərin keçirilməsidir. Nazir bu məqsədlə 2010-2011-ci tədris ilində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “Sosial iş” ixtisası üzrə 9 aylıq kurs təşkil edildiyini və dövlət uşaq müəssisələrindən 16 nəfərin seçilərək bu kurslara cəlb olunduğunu qeyd edib. Təhsil Nazirliyinin nəzdindəki dövlət uşaq müəssisələrində yaşayan uşaqlar barədə daim yenilənən məlumat bazası yaradıldığından bəhs edən Misir Mərdanov bildirib ki, hazırda 46 dövlət uşaq müəssisəsində 9874 nəfər uşaq təlim-tərbiyə alır. Onlardan 3860 nəfər dövlət uşaq müəssisələrində təlim-tərbiyə almaqla yanaşı, eyni zamanda bu müəssisələrdə yaşayır. Təhsil Nazirliyinin tabeliyində olan sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 internat məktəbində isə 2592 nəfər təlim-tərbiyə alır.
Çıxışının sonunda təhsil naziri Misir Mərdanov Dövlət Proqramının icrası ilə əlaqədar görülən işlərə baxmayaraq, qarşıda daha ciddi vəzifələrin olduğunu nəzərə çatdırıb.
Tədbirdə Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, millət vəkilləri Hadı Rəcəbli və Qənirə Paşayeva çıxış edərək qeyd olunan Dövlət Proqramı çərçivəsində görülən işləri və əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər.
Konfransda qonaqların de-institusionalizasiya prosesi və uşaqlar üçün sosial xidmətlərin təşkili ilə bağlı təqdimatları dinlənilib.


8 il əvvəl