• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 15-də Təhsil Nazirliyində mədəniyyət və incəsənət ixtisasları üzrə mütəxəssis hazırlayan ali məktəb rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

Müvafiq ali məktəblərin xüsusiyyətləri nəzərə alınaraq tədrisin təşkilinin yaxşılaşdırılması ilə bağlı təkliflərin müzakirəsinə həsr olunmuş iclasda təhsil naziri Misir Mərdanov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Temurçin Əfəndiyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru Fərhad Cəfərov, Azərbaycan Milli Konservatoriyasının prorektoru Akif Quliyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov mədəniyyət və incəsənət ixtisasları üzrə mütəxəssis hazırlayan ali məktəblərdən verilmiş bir sıra təkliflərə Təhsil Nazirliyində baxıldığını bildirib. Təhsil naziri müzakirəyə çıxarılan təklifləri nəzərə çatdırıb. Bununla bağlı ali məktəb rəhbərləri ilə birgə müzakirələrin əhəmiyyətli olacağına əminliyini ifadə edən nazir müəyyən məsələlərlə bağlı fikir və mülahizələrini söyləyib.
Sonra kulturologiya ixtisasının ixtisas təsnifatına daxil edilməsi, qabiliyyət tələb edən ixtisaslar üzrə bakalavr təhsili almış məzunlara ali məktəbdə pedaqoji fəaliyyət hüququ verəcək müvafiq peşəyönümlü kursun açılması, qabiliyyət tələb edən ixtisaslara qəbul zamanı elanlarda ixtisaslaşmaların adlarının da qeyd olunması, ehtiyac olan ali məktəblərə əlavə tyutor ştatlarının verilməsi, təhsil üzrə dövlət standartlarında ixtisaslaşma peşə hazırlığı və ixtisaslaşmalar üzrə seçmə fənlərə ayrılmış saatların miqdarının artırılması, ixtisasların özünəməxsusluğu nəzərə alınaraq ixtisas imtahanlarının müxtəlif formalarda təşkili və digər təkliflər ətraflı müzakirə edilib.
Sonda Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində olan bir sıra məsələlərin müsbət həlli, digərləri ilə bağlı isə aidiyyatı qurumlar qarşısında məsələ qaldırılması qərara alınıb.


8 il əvvəl